“Türkiyə hektardan 50 sentner məhsul alır, biz isə 16 sentnerlə kifayətlənirik”

Sovetlər dövründə pambıq istehsalını 1 milyon tona çatdıran Azərbaycanın kənd əməkçiləri, indi də yüksək nəticələr əldə edə bilər. Bu baxımdan fikirləşmək lazımdır, necə olur ki, Türkiyə bir hektardan 50 sentner məhsul alaraq dünyada birinci olur, biz isə 16 sentnerlə kifayətlənirik. Burada yəqin ki, qardaş ölkənin təcrübəsindən yararlanmaq üçün bir qrup mütəxəssis və təsərrüfatçının Türkiyəyə göndərilməsi yaxşı nəticələr verə bilər. Bu zaman təkcə pambığın becərmə texnologiyası deyil, həm də təşkili-təsərrüfatçılıq üsulları, dövlət dəstəyi formaları, emalçı-istehsalçı münasibətlərinin öyrənilməsi diqqət mərkəzində olmalıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev pambıqçılığın inkişafına həsr edilmiş müşavirədəki giriş və yekun nitqində birmənalı vurğulamışdır ki, kənd zəhmətkeşlərinin əməyinin stimullaşdırılması daim diqqət mərkəzində saxlanılacaq. Xam pambığın fermerlərdən alış qiyməti və subsidiyaların mıqdarı artırılacaq.
Pambıqçılığın inkişaf etdirilməsinin əsas amillərindən biri kimi sahəyə mütərəqqi texnikaların gətirilməsi və istifadəsinin təşkilidir. Pambıqçılıqda əl əməyindən istifadənin maksimum azaldılması da bu amildən asılıdır. Toxum səpinindən pambığın yığımına qədər bütün texnoloji prosesləri yerinə yetirə biləcək mexanikləşdirilmiş dəstələrin yaradılması müsbət nəticələr verə bilər. Pambıqçı fermerlərin toxum, gübrə və dərman vasitələri ilə təminatı da bu dəstələrə həvalə edilə bilər.
Bu gün biz çox ciddi şəkildə götür- qoy etməliyik. Pambıqçılığın batmasına göz yuma bilmərik. Möhtərəm Prezidentimiz öz çıxışında təkrar-təkrar göstərir. Hərgah biz pambıq əkinlərini 300 min hektara çatdırsaq, onda 500-600 min kənd əməkçisini işlə təmin edə bilərik. Yüngül və digər sənaye sahələrinin pambıqdan asılı olan bölmələrini də hesablasaq, elə o qədər də fəhlə və qulluqçunun işlə təmin olunmasına şərait yaradarıq.
Bu ilin nəticələri və əvvəlki illərdəki çatışmazlıqlar və inkişafın ləngidilməsinə səbəb olan amillər kimi aşağıdakıları göstərmək olar:
—Respublikada torpaq-iqlim şəraitinə uyğun olan pambıq sortlarının əkilib becərilməməsi, toxum materialının keyfiyyət göstəricilərinin aşağı olması;
—Lifsizləşdirilmiş toxum materialının respublikada hazırlanmasının həyata keçirilməsinin ləngidilməsi, aqrotexniki qaydalara tam riayət olunmaması,
—Növbəli əkin sisteminin tətbiq olunmaması, toxumçuluq təsərrüfatlarının yaradılmasının ləng getməsi.
Bu sıraya kənd təsərrüfatı texnikasından düzgün istifadə edilməməsini, pambıq sahələrinin yığım üçün hazırlanması səviyyəsinin aşağı olmasını, suvarma sistemlərindən düzgün istifadə olunmamasını da aid etmək olar.
Ali və orta ixtisas təhsilli, təcrübəli və yüksək savadlı pambıqçı mütəxəsislərin, alim-aqronom, mühəndis-mexanizatorların, o cümlədən alimlərin cəlb olunmaması və onların bu işlərdən kənarda qalmaları, şirkət rəhbərlərinə və mütəxəssislərinə sərbəstliyin verilməməsi, hər bir xırda məsələni sərbəst həll edə bilməməsi, “tapşır, tələb et” prinsipinin pozulması, bəzən də təyin olunmuş rəhbərin səriştəsizliyi də bu qəbildəndir.
Biz bu ilin yekunlarını təhlil etsək, aşağıdakılar məlum olar. Bu il 52 min hektar sahədə pambıq səpilmişdir. Hər hektara 25 kq hesabı ilə toxum istifadə olunmuşdur ki, bu da 1300 ton toxum deməkdir. Toxumun bir kq-ı 5 manat olmaqla ümumi dəyəri 6 milyon 500 min manat təşkil etmişdir.
Türkiyədən gətirilən toxumların cücərməsinin 75-80 faiz təşkil etdiyini nəzərə alsaq, 1300 ton toxumun 325 tonu yararsız olmuşdur. Həmin keyfiyyətsiz toxumların daşınması və səpilməsinə də lazımsız xərclər çəkilir.
Başqa bir məsələyə diqqət yetirək. Türkiyədən gətirilən pambıq sortlarının vegetasiya müddətləri yerli sortlardan 20-25 gün çoxdur ki, bu da pambıq yığımının yanvar ayına kimi uzanmasına səbəb olur. Buna görə də növbəti torpaq becərmə əməliyyatları ləngiyir. Pambığın maşınla yığılması hava şəraiti üzündən olduqca aşağı düşür. O cümlədən baha qiymətə alınmış pambıqyığan maşınların faydalı iş əmsalı azalır. Bir sözlə, intensiv texnologiyanın şərtləri pozulur. Belə olan halda yerli pambıq sortlarından istifadə, onların lifsizləşdirilməsi isə ölkəmizdə işlənmiş və özünü doğrultmuş kimyəvi yolla əldə olunması məsələsi önə çıxır.
Doğrudur, bizim üçün qardaş ölkə olan Türkiyyə alimlərinin zəhməti sayəsində dünya ölkələri ilə müqayisədə əldə olunan orta məhsuldarlıq üzrə birinci yerdə dururlar. Lakin bu nəticələr Türkiyənin yerli torpaq-iqlim şəraiti üçün tətbiq oluna bilər. Azərbaycanın özünəməxsus torpaq-iqlim şəraiti vardır. Bütün dünya üzrə pambıq toxumlarının hazırlanması, xüsusilə onların liftsizləşdirilərək çeşidlənməsi, dərmanlanması və aparılan digər emal növlərinin tətbiqi təqdirəlayiqdir. Bu texnologiya bizim respublikamızda da öyrənilmiş və geniş tətbiq olunaraq özünü doğrultmuşdur. Məhz elə bu səbəbə görə də həmin texnologiya üzrə hazırlanmış Türkiyədən gətirilmiş pambıq toxumlarının səpilməsi bizim kənd əməkçiləri tərəfindən qəbul edilmişdir.
Yerli pambıq sortları toxumlarının (Azərbaycanda) yeni perspektiv texnologiya əsasında hazırlanması, yəni onların kimyəvi üsulla lifsizləşdirilərək xüsusi kütləsinə görə suda çeşidlənməsi və bir sıra sonraki emal növlərindən istifadə etməklə toxum hazırlığının həyata keçirilməsi günün vacib məsələsi kimi baxılmalıdır. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində hazırlanmış (lakin universitetdə gedən tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq sökülüb saxlanmış) xəttin MKT İstehsalat Kommersiya MMC-nin Tərtər pambıq zavodu ya Samux rayonu, yaxud da digər mümkün olan ərazilərdən birinə yerləşdirərək lifsizləşdirilmiş toxum istehsalına təcili başlamaq lazımdır. Respublika fermer təsərrüfatlarının lifsizləşdirilmiş və çeşidləşdirilmiş yerli pambıq sortları toxumları ilə təchiz etmək üçün belə xəttin bir neçə zonada qurlaşdırılması Respublika pambıqçıları qarşısında duran vacib məsələdir.
Bunun üçün ADAU-da yaradılmış xəttin prototipini əsas götürmək kifayət edər. Hərgah Respublika səviyyəsində bu işə başlanarsa, həmin xəttin təkmilləşdirilməsi işini yerinə yetirmək mümkün olar, xəttin məhsuldarlığını artırmaq və hazırlanan toxumun keyfiyyət göstəricilərini daha da yüksəltmək mümkün olar. Beləliklə, Respublikanı yüksək keyfiyyətli toxumlarla təchiz edərək pambıq bitkisinin məhsuldarlığını artırmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımızda qoyduğu hər hektardan azı 16 sentner əvəzinə 30 sentner xam pambıq əldə olunmasına və pambıqçılığın inkişaf etdirilməsinə, pambığın əkin sahələrini sabit saxlamaqla məhsuldarlığın yüksəldilməsi hesabına bol məhsul götürülməsinə nail ola bilərik.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun kənd təsərrüfatının rəqabətqabiliyyətli inkişafının prioritet olmasını təmin edərək yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməsi vacib və təxirəsalınmaz məsələlərdəndir.
Nurəddin MƏMMƏDOV,
Texnika elmləri doktoru, professor,
Rahil HƏSƏNOV,
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
