"Manatın məzənnəsi üçün xarici təhlükələr yaranmağa başlayıb"
Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün ölkənin əsas ticarət tərəfdaşı olan ölkələrdən gələ biləcək təhlükələr yaranmağa başlayıb.Bu təhlükələr 2018-ci ilin III rübündən etibarən daha da fəallaşacaq.
Təhlükələr arasında Azərbaycan manatına ən çox təsir göstərə biləcək olan amil Rusiya rublunun ucuzlaşması ehtimalıdır. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında ABŞ-ın Rusiya maliyyə bazarlarına yeni sanksiyalar tətbiq etməsi gözlənilir. Bu sanksiyalar Rusiyanın rublda olan dövlət istiqrazları kimi, valyutada olan xarici bazarlarda borclanma alətlərinə də tətbiq edilə bilər. Nəticədə, Rusiya maliyyə bazarlarının mənfi təsirə məruz qalması qaçılmaz olacaq. Buna bir də neft qiymətlərində mümkün azalma amili də əlavə olunarsa, o zaman Rusiya rublu kəskin ucuzlaşa bilər.
Digər təhlükə kimi Türkiyədə lirənin ucuzlaşması prosesi göstərilir. Xatırladaq ki, Türkiyə yüksək xarici ticarət kəsirinə sahib olan ölkədir. 2017-ci ildə bu ölkədə 80 mlrd. dollara yaxın xarici ticarət kəsirinin olacağı gözlənilir. Hələ ki, bu kəsir portfel investisiyaları və bir qədər də birbaşa investisiyalarla balanslaşdırılsa da, ABŞ-da uçot dərəcəsinin artmağa davam etməsi investisiyaların həcmini kəskin azaldaraq lirəsinin ucuzlaşmasına gətirib çıxaracaq.
Bir başqa, lakin ən böyük təhlükə isə Çin iqtisadiyaytının yavaşlaması, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi ticarət sanksiyaları nəticəsində yüksək borca sahib olan bu ölkənin özəl sektorunun problemlərlə üzləşməsi və nəticədə, yuanın ucuzlaşmasına səbəb olmasıdır. Çin yuanının ucuzlaşması nəinki Azərbaycan manatını, bütün dünya valyutalarını, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutalarını kəskin ucuzlaşdıra bilər.
Azərbaycan manatı üçün hazırda daxili heç bir təhlükə yoxdur. Manat sabit məzənnəsini qoruyacaq. Hətta, qlobal konyunktur uyğun olarsa, manat bir qədər möhkəmlənə də bilər. Lakin xarici amillərin təsiri heç zaman unudulmamalıdır. Üzən məzənnə rejimi, xarici amillərin təsiri bu dəfə anında manatın məzənnəsində öz əksini tapacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
5 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















