2018-də qlobal iqtisadiyyatın üzləşə biləcəyi risklər!
Qlobal iqtisadiyyatın bu il 3,5%-in üzərində artacağı gözlənilərkən, 2018-də ölkə iqtisadiyyatlarını yeni risklər gözləyir.
"Marja"nın topladığı məlumatlara görə, 2018-ci ildə qlobal iqtisadiyyat əhəmiyyətli risklərlə üzləşə bilər.
Qlobal iqtisadiyyat üçün 2018-də ən böyük risk kimi, ABŞ ilə Şimali Koreya arasında diplomatik gərginliyin daha da artaraq müharibəyə çevrilməsi ehtimalıdır. Belə bir vəziyyətin ortaya çıxması Şərqi Asiyadakı ticarətə, regional istehsala mənfi təsir edə bilər, ciddi bir borclanma riski qarşısında qala biləcək ABŞ iqtisadiyyatındakı proseslərin də bütün dünyanı təsir edəcəyi qeyd edilir.
ABŞ-da gələn ilin ikinci rübündə inflyasiyanın yüksəlməyə başlaması ehtimalı, başqa bir risk faktoru kimi görünür. ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını verərkən inflyasiya proseslərə baxır. İnflyasiyanın mümkün artıması Fed-in faizi artrması ilə müşayiət ediləcək. Fed-in daha sürətli faiz artırması ABŞ aktivlərinin gəlirliliyinin yüksəlməsinə və inkişaf etməkdə olan bazarlarda investisiyaları olan investorların bu aktivlərini sataraq ABŞ-da aktiv almağa başlayacaqlar. Bu, qlobal iqtisadiyyat üçün böyük risk kimi qiymətləndirilir.
Qlobal iqtisadiyyat üçün gələn ilə dair göstərilən böyük risklərdən biri də dünyanın ən böyük kriptovalyuta vahidi Bitcoinin qiymətini birdən düşməsi ehtimalıdır. Son zamanlar rekordlar qıraraq dəyərini artıran Bitcoin haqqında beynəlxalq bank rəhbərləri və sərmayə mütəxəssislərinin "tədbirli olunması" istiqamətində bəyanatlar verməsi, "şişən "şarın" sonunda partlayacağı" narahatçılıqlarını gündəmə gətirir. Bitcoinin ani dəyər itirməsinin investor etibarını sarsıdacağı xəbərdarlığı edilir.
Fed sədrliyinə namizəd göstərilən Jerome Pauellin mümkün üstünlükləri də gələn ilin riskləri arasında qiymətləndirilir. Pauellin qərar verərkən iqtisadi rəqəmlərə diqqət yetirib-yetirməyəcəyi və siyasi proseslərdən təsirlənib-təsirlənməyəcəyi də gələn ilin riskləri arasında yer alır.
ABŞ bazarlarındakı proseslər və vergi islahatlarının ölkəyə təsirinin gözləniləndən müsbət olması, Avropa Birliyində faizlərin minusda saxlanılmasına son verilməsi, Britaniyada yeni hökumətin qurulması ehtimalı və ölkənin AB-dən çıxması prosesində baş verəcək proseslərin də gələn il qlobal iqtisadiyyata təsir edə biləcəyi gözlənilir.
Bunlarla bərabər, ABŞ Prezidenti Donald Trumpın söz verdiyi himayəçilik ticarət siyasətlərini həyata keçirmək üçün daha sərt addımlar atması, bu il olduğu kimi, gələn ilin də riskləri arasında yerləşir. Son günlərdə mübahisəli qərarlara imza atan Trumpın siyasətlərinin, qlobal ticarət müharibəsinə təkan verməsindən və dünya iqtisadiyyatının durğunluğa salacağından narahatçılıq keçirilir.
Almaniyanın ən iri bankı Deutsche Bank tərəfindən, Rusiyadakı prezident seçkiləri, Çində iqtisadi artımın yavaşlaması, neft və əmtəə qiymətlərinin ani şəkildə aşağı düşməsi və ya yüksəlməsi də 2018-də qlobal iqtisadiyyatın qarşısında ən böyük risk amilləridir.
Bank həmçinin, yüksək inflyasiya və geosiyasi risklərlə bazarlarda oynaqlığın artmasını, İtaliyadakı seçkini, İrlandiyadakı prezident seçkilərini, Kanada və Avstraliya kimi inkişaf etmiş ölkələrdə və Çində mənzil bazarında "şarın" partlamasını da gələn ilin riskləri arasında qiymətləndirir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





