“Unibank" Birjada ilkə imza atacaq!
BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” üzrə “Unibank Kommersiya Bankı” ASC tərəfindən səhmlərinin kütləvi təklifi üçün Bakı Fond Birjasına (BFB) Listinqə müraciət edilmişdir.
BFB-də Unibankın səhmlərinin kütləvi təklifi üçün Listinq prosesi başlanılmışdır. Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, listinq prosesi sona çatdırıldıqdan sonra müvafiq sənədlər və maliyyə hesabatları Bakı Fond Birjasının internet səhifəsində yerləşdiriləcəkdir.
Kütləvi təklif olunacaq səhmlərin sayı 3 676 471 ədəd, nominal dəyəri isə 2,72 manatdır. Qiymətli kağızların təklifi abunə yazılışı vasitəsilə həyata keçiriləcək və abunə yazılışının son tarixi 22 dekabr 2017-ci ildir. Səhmlərin kütləvi təklifi zamanı anderrayter qismində “Unicapital İnvestisiya Şirkət”-i çıxış edir.
Unibank 2002-ci ildə Azərbaycanın iki aparıcı özəl bankının birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır.
Bu Bakı Fond Birjasında “Listinq Məsləhət Proqramı” çərçivəsində səhmlərin ilk kütləvi təklifidir.
BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır. Listinq Məsləhət Proqramı sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.
“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.
Xəbər verdiyimiz kimi, “Unibank Kommersiya Bankı” səhm satışı ilə yeni səhmdarlar cəlb etməyi və kapitalını artırmağı planlaşdırır. Daha ətraflı: http://marja.az/news/17673
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb





















