Bankların Marketinq və PR menecerləri görüşüb
15 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun görüşü olub.
ABA-dan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə “Bankların maraqlarının toqquşmadıqları ümumi araşdırmaların bankların təklifi ilə səs çoxluğuna əsasən seçilmiş təşkilat tərəfindən ABA-nın təşkilati dəstəyi ilə həyata keçirilməsi”, “”Banklar və Biznes Qəzeti” (BBN) ilə əməkdaşlıq”, “Maliyyə Savadlığı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşün keçirilməsi” və “2018-ci il üçün tədbirlər planının müzakirəsi” kimi məsələlər müzakirə olunub.
Müzakirələr zamanı ABA adından daxili CSR sorğusunun keçirilməsi əsas mövzu obyekti olub.
Bununla yanaşı, jurnalistlərin maliyyə və bank sektoru haqqında Kütləvi İnformasiya Vasitələrində (KİV) yanlış və ya təhrif olunmuş informasiyalarla çıxış etmələri və bunun yaratdığı problemlərdən birgə çıxış yollarının axtarıb tapılması ətrafında da fikir mübadiləsi aparılıb.
İclas zamanı, həmçinin, sosial layihələrin təşkili ilə bağlı əməkdaşlıq məsələləri haqqında da danışılıb.
Sonda daxili CSR sorğusunun keçirilməsi, Maliyyə savadlığının onun tərkibinə daxil edilməsi və 2018-ci il üçün yeni tədbirlər planının hazırlanması qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























