Bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır
Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov bildirib.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması və onların ilkin maliyyə resurslarının formalaşdırılması məqsədilə bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğləri bir neçə dəfə aşağı salınır.
F. Şirinov əlavə edib ki, dərman vasitələrinin satışı ilə məşğul olmaq üçün lisenziyanın alınması üçün dövlət rüsumu hazırda 5500 manat olduğu halda, təklif olunan dəyişiklikdə dərman vasitələrinin pərakəndə satışı üçün cəmi 1000 manat dövlət rüsumu müəyyən edilib: “Bundan başqa, məktəbəqədər təhsil müəssisələrindən lisenziya üçün 2500 manat dövlət rüsumu alınırdısa, bu rüsumun 1250 manata endirilməsi təklif olunur. Baytarlıq preparatlarının istehsalı ilə məşğul olmaq üçün lisenziyaya görə isə dövlət rüsumunun məbləği 3000 manatdan 1500 manata endirilir”.
F. Şirinov əlavə edib ki, qanun layihəsində bəzi maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinə görə dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. “2016-cı ilin yanvarın 1-dən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün dövlət rüsumunun 25%-i həmin orqanların maddi təminatının formalaşmasına yönəldilir. Layihədə isə nəzərdə tutulur ki, bir əqd üzrə dövlət rüsumu 5000 manatdan yuxarı olmadıqda həmin xidməti göstərən dövlət orqanının hesabına köçürüləcək”.
O, dövlət rüsumunun məbləğinin Bakıda tam, regionlarda isə müəyyən olunmuş dövlət rüsumunun 50%-nin dövlət büdcəsinə ödənilməli olduğunu qeyd edib.
Layihə MM-in plenara iclasına tövsiyə olunub.
APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
12 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
12 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
13 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
13 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
13 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 13 saat əvvəl
-
14 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
14 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)










.jpg)




