"Sahil" metro stansiyasında bizi hansı YENİLİKLƏR gözləyir?

Bakı metropoliteninin "Sahil" stansiyasının avqust ayının 21-də başlanmış yenidənqurulması işləri sürətlə davam etdirilir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, stansiyada yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq: "50 il əvvəl istismara verilmiş Bakı metropoliteninin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorlar istismar müddətini artıq başa vurub.
Stansiyanın vəziyyətini öyrənmək və təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, o cümlədən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə müvafiq qiymətləndirmə işləri aparılıb.
"Sahil" stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır. Yeni eskalatorların quraşdırma səviyyəsi 30 sm aşağı endirilib. Həmin işlərlə paralel qaydada eskalatorların maşın zalında ən məsuliyyətli və xüsusi diqqət tələb edən işlərdən biri uzunmüddətli istismar zamanı korroziyaya uğramış və dayanıqlığını itirmiş bir sıra konstruksiyalar möhkəmləndirilib. "Bakı Metropoliteni" QSC-nin nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutunun layihəsi əsasında maili gediş boyunca eskalatorların yeni dayaqları quraşdırılır. Hazırda yeni eskalatorların yerləşdirilməsi məqsədilə irihəcmli metal konstruksiya işləri tamamlanmaq üzrədir".
N.Paşayev bildirib ki, yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq: "Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə "Viktoriya" tipli 4 yeni avadanlığın quraşdırılmasıdır. Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daima əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək.
Eskalatorların dəyişdirilməsi ilə yanaşı, stansiyada digər təmir-bərpa işləri də görülür.
Platformaaltı sahə tamamilə yenidən qurularaq, divarlarda da yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, daşıycı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb. Yerli və çirkab suvurma qurğularının yerləşdiyi sahələrdə əsaslı yeniləşmə işləri başa çatmaq üzrədir, kabel kollektorunda suvaq işlərinə başlanılıb.
Stansiyanın orta zalında tağtavanın konstruksiya elementləri sökülüb, korroziya əleyhinə tədbirlər görülərək, yeni örtüyün quraşdırılmasına hazırlıq başlanıb. Orta zalda kip qapıların təmiri başa çatdırılıb. Zalın sonunda yerləşən istismara yararsız hala düşmüş yardımçı otaqlar və sanitar qovşaqlar sökülərək yenidən inşa olunur.
Orta zalda da əhəmiyyətli yeniliklər edilib. Divarlarda mərmər-qranit örtüyün söküntüsü başa çatdıqdan sonra, pilonların metal köynəyinin, kollektor səviyyəsindən başlamaqla, gücləndirilməsinə böyük ehtiyac yaranmışdı. Hətta bəzi yerlərdə tam yararsız hala düşmüş konstruksiyalar qaynaq edilərək yenilənib. Bundan əlavə, pilonların davamlığını artırmaq məqsədilə yeni metal köynəklə örtülüb, korroziya əleyhinə tədbirlər görülərək, boyanıb. Pilonlararası keçidlərdə döşəmə örtüyünün tavasının dəyişdirilməsinə başlanılıb.
Stansiya yollarında plaftorma döşəməsinin qranit üzlüyü ilə yanaşı, alt tavasının da dəyişdirilməsinə zərurət yarandığından, sökülərək büsbütün yenilənir. Bu işlər ikinci yolda başa çatıb və birinci yolda tamamlanmaq üzrədir. İkinci stansiya yolunda plaftorma boyunca yararsız vəziyyətə düşmüş metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənmə işləri aparılmaqla müvafiq boya ilə rənglənib, həmçinin gücləndirmə məqsədilə metal torlar qurularaq, betonlanıb və suvaq işlərinin başlanmasına meydan açılıb. Yol divarlarında da örtük sökülərək, gücləndirilib və korroziya tədbirləri görülməklə boyanır. Burada da ikinci yolda artıq üzlüyün vurulması məqsədilə metal konstruksiyanın quraşdırılmasına başlanılıb. Stansiya yolunda yerləşən xidməti otaqlar quraşdırılacaq yeni avadanlığın tələblərinə uyğun, həmçinin iş şəraitinin ən yüksək standartlara cavab verməsi məqsədilə yenidən inşa olunaraq genişləndirilir.
Yenidənqurma işləri çərçivəsində tunel şaxtalarında da müvafiq tədbirlər görüləcək. 44 saylı əsas suvurma qurğuları sahəsində dəmir-metal konstruksiyalar çürüdüyündən aqressiv suların təsiri altında yararsız hala gəlmiş döşəmə tavası sökülərək, onun da yenidən qurulmasına başlanılıb. Bu işlər stansiya tunellərinin digər xidmət sahələrində də aparılacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 8 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat sonra
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
