"Əvvəl pisləyirdilər, indi alırlar"
Dekabrın 21-də Bakıda "AzFinance" İnvestisiya Şirkətinin təşkilatçılığı ilə keçirilən “Kapital Bazarları 2018” tədbiri ölkənin qiymətli kağızlar bazarı və maliyyə alətləri ilə bağlı maraqlı açıqlamalarla yadda qalıb.
Tədbirdə "Daxili bazarda yeni çağırışlar» mövzusunda təqdimat edən "AzFinance" İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib ki, hazırda təkrar bazarda ən çox əməliyyat aparılan qiymətli kağız SOCAR İstiqrazıdır. İ. Səfərəliyev çıxışına konfrans iştirakçılarına ünvanlanmış sualla başlayıb: "Məni ilk növbədə bir sual maraqlandırır - SOCAR İstiqrazları olmasaydı, dollarda olan vəsaitləri belə şərtlərlə hara yerləşdirəcəkdiniz? Kimdə bu suala cavab var? Heç kimdə yoxdur. Bu yaxşı bir alət idi və kapital bazarının iştirakçıları bunu lazımınca qiymətləndirdilər".
İntiqam Səfərəliyev bildirib ki, ölkə iqtisadiyyatında şəffaflığın artırılması ilə bağlı ən təsirli yollardan biri də qiymətli kağızlar bazarına üz tutan şirkətlərə vergi güzəştlərinin verilməsi ola bilər: "Belə olarsa, şirkətlər vergi güzəştindən istifadə etmək üçün qiymətli kağızlar bazarına üz tutacaq, və bazarının tələblərinə görə, şəffaf olmağa başlayacaqlar".
Qiymətli kağızlar bazarında çeviklik və ani qərar vermənin mühüm əhəmiyyət daşıdığını qeyd edən direktor müavini bildirib ki, bəzi şirkətlər vaxtında düzgün qərar vermədiyindən, əldə edə biləcəkləri gəliri itirirlər: «Kapital bazarında çevik və yeni fikirlərə açıq olmalısınız. Əks halda gecikəcəksiniz və proseslərə yalnız qiymət artandan sonra reaksiya verəcəksiniz".
İ. Səfərəliyev buna misal kimi SOCAR İstiqrazlarını göstərib. Onun sözlərinə görə, vaxtilə istiqrazlara inamsız yanaşanlar hazırda bazarda onu yüksək qiymətə almağa çalışırlar: "Vaxtilə SOCAR İstiqrazlarının işləməyəcəyini düşünənlər, indi onları daha baha qiymətə almaq məcburiyyətində qalıblar və yəqin ki, onun qiyməti bir qədər də qalxacaq".
Xatırladaq ki, SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında 100 milyon dollar həcmində buraxılıb. İstiqrazların nominal qiyməti 1.000 ABŞ dolları, illik gəlirliliyi 5% təşkil edir. SOCAR-ın ilk dəfə tətbiq etdiyi geri alım zəmanəti sayəsində istiqrazları istənilən vaxt satmaq mümkündür. Bu fakt SOCAR İstiqrazlarına böyük marağı təmin edib və nəticədə, hazırda istiqrazlar Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınan maliyyə alətidir. İstiqrazlara böyük maraq nəticəsində onların qiyməti artaraq, 1020–1026 dollara çatıb. İstiqrazlar üzrə növbəti ödənişə (17 yanvarda olacaq) qədər qiymətlərin bir qədər də yüksəlməsi gözlənilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
55 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Ən çox oxunanlar
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir






















