"Dəmir Bank" prosesi tam fərqli olacaq
Sığortasız əmanətlərin növbəlilik prinsipinə əsasən qaytarılmasına baxılacaq.
“Dəmir Bank"ın bütün əməkdaşları hesablanmış əməkhaqlarını və digər ödənişləri Yeni il bayramınadək alacaqlar. Bu barədə "Marja"ya "Dəmir Bank"dakı etibarlı mənbəsi bildirib.
“Marja”nın adının açıqlanmasını istəməyən mənbələrindən əldə etdiyi məlumata görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları "Dəmir Bank"da müştəriləri qəbul edərək, onların suallarını cavablandırırlar.
Qeyd edilir ki, bir bankın bağlanmasının insanlarda narahatlıq yaratdığı nəzərə alınaraq, Palatan bu məsələyə xüsusi diqqət yetirir. Mümkün ən qısa zamanda qorunan (sığortalı) əmanətlər qaytarılacaq, qorunmayan (sığortasız) əmanətlərin isə növbəlilik prinsipi əsasında qaytarılması məsələsinə baxılır.
Verilən məlumata görə, Palata və Əmanətlərin Sığortalanması Fondu gərgin rejimdə işləyir. Mümkün ən qısa zamanda (Yanvar ayının əvvəlindən başlayaraq nəzərdə tutulub) qorunan əmanələrin qaytarılması prosesinə start veriləcək. Eyni zamada, qorumayan əmanətlərin də növbəlilik prinsipi ilə qaytarılmasına baxılacaq. "Dəmir Bank"ın iflası, əmanətlərin qaytarılması və ləğvi prosesləri əvvəl bağlanmış banklardan tam fərqli olacaqdır. Proseslər, operativ və şəffaf aparılması ilə yadda qalacaqdır. “Dəmir Bank”ın heç bir müştərisinin narazı qalmaması qarşıya məqsəd qoyulub.
Əldə etdiyimiz digər bir məlumata görə, "Dəmir Bank"ın depozit seyfləri xidmətindən istifadə edən müştərilər Banka yaxınlaşaraq seyflərdəki saxlanclarını götürə bilərlər.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.
Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)






.jpg)




