"Turistlərin sığortalanmasının icbari olması məqsədəuyğundur"
Hotellər və Restoranlar Assosiasiyası ölkədə daxili turist və ekskursant kimi səfərə çıxan insanların sığortalanmaması faktından narahatlığını bildirir.
Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, daxili turistlər xaricə üz tutan turistlərlə yanaşı müxtəlif fors-major və təhlükələrlə üzləşə bilərlər. Buna baxmayaraq ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır.
Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildiyləri zərərlə uzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi otelə problemlər yarada bilər. Bu risklərin minimuma endirilməsinin üsullarından biri də sığortadır.
Assosiasiyanın araşdırmasına görə güvvədə olan “Turizm haqqında” və “Sığorta fəaliyyəti haqqında” AR Qanununlarında turistlər üçün nəzərdə tutulmuş səfər sığortasına çox az diqqət yetirilir. Xüsusilə bu fakt daxili turistlərə aiddir.
Bu Qanunlarda səfər sığortası anlayışı açıqlanır və turistin sığortalanmasına, yalnız onun tələbilə, turizm şirkətləri tərəfindən köməklik göstərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci fəsilində isə səfər sığortası haqqında heç bir qeydlər göstərilməyiblər.
Hazırda qəbul edilməsi gözlənilən “Turizm haqqında” AR Qanunun layihəsində turistlərin təhlükəsizliyinə və turizm sahəsində istehlakçıların sığortalanmasına dair müvafiq maddələr ayırılmışdırlar. Yalnız yeni Qanunda da daxili turistlərin və ekskursantların sığortalanmasına az diqqət yetirilir.
Assosiasiya bir sıra sığorta şirkətlərinə müraciət etmiş və turistlərin səfər sığortası üçün hansı təkliflərinin olmasını da araşdırmışdır. Demək olar ki, əksər qabağcıl sığorta şirkətləri xaricə gedən turistlər üçün xidmətlər təklif edirlər. Yalnız daxili turistlər və ekskursantlar üçün xüsusi sığorta xidmətlərinin təklifləri azlıq təşkil edir. Bir çox sığorta şirkətləri belə xidmətləri ümumiyyətlə təklif etmirlər. Digər sözlə desək bu növ sığorta məhsulları belə şirkətlər tərəfindən hazırlanmayıblar. Bu isə onu göstərir ki, bu cür xidmətlərə turizm bazarında maraq olduqca aşağıdır.
Assosiasiya sığorta bazarında fəaliyyət göstərən SSB broker şirkətinə də müraciət etmiş və adı gedən məsələ ətrafında müzakirələr aparmışdır. Əldə olunmuş razılığa əsasən sığorta brokeri Assosiasiyanın xahişi ilə sığorta şirkətlərinə müraciət etmiş və yalnız onların bir neçəsindən daxili turistlər üçün nəzərdə tutulmuş sığorta paketləri təkliflərini almışdır. Bu təkliflər nəzərdən keçirildikdə məlum olmuşdur ki, bir gün üçün paketlər 1-3 AZN arası qiymətinə təklif edilirlər. Yalnız bu təkliflər də daxili turistlər üçün xüsusi səfər sığortası deyillər və daha çox könüllü tibbi sığorta kimi izah edilirlər.
Hotellər və Restoranlar Assosiasiyasının Sədri Samir Dübəndi qeyd edir ki, “Ölkə daxilində səyahət edən turistlər və ekskursantlar üçün xüsusi səfər sığortası paketləri turizm bazarı üçün önəmlidirlər. İl ərzində regionlara üz tutan səfərlərin sayı təxminən 800 mindir. Hesab edirəm ki, bu rəqəm sığortaçılar üçün maraq kəsb etməlidir. Qeyd etmək lazımdır ki, daxili turistlərin sığortalanmasına qanunlarda və digər normativ sənədlərdə xüsusi diqqət yetirilməlidir. Turistlərin sığortalanması icbari xarakter daşısa biz bir çox xoşa gəlməz fəsadlardan həm turistləri və eyni zamanda onlara xidmətlər satan şirkətləri qoruya bilərik. Aktiv istirahət, ovçuluq, ekstrim, alpinizm və bu kimi turizm növlərində isə sığorta məsələləri daha çox diqqət mərkəzində olmalıdırlar.”
Assosiasiya ilə SSB sığorta brokeri arasında əldə edilmiş razılığa əsasən xüsusi səfər sığortasının realizəsi istiqamətində iş davam edəcək. İlkin razılığa əsasən turizm sığorta portalının yaradılması da nəzərdə tutulur.
Hotellər və Restoranlar Assosiasiyası aidiyyatı qurumları qeyd olunan məsələyə daha diqqətli olmalarına çağırır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
13 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















