ABŞ Səudiyyə Ərəbistanına yaxınlaşdı, Rusiyanı da keçəcəyi gözlənilir

ABŞ-ın xam neft ehtiyatları və istehsalı artıb
ABŞ-ın gündəlik xam neft hasilatı, dünyanın ən böyük ikinci xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanına yaxınlaşıb.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlara görə, ölkənin gündəlik xam neft hasilatı 20-26 Yanvar tarixlərində, bir əvvəlki həftə ilə müqayisədə orta hesabla 41 min barel artımla 9,92 milyon barelə yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən yeni göstəricilərinin yer aldığı yanvar ayı Neft Bazarı Hesabatına görə, Səudiyyə Ərəbistanının xam neft hasilatı dekabr ayında gündəlik orta hesabla 9,92 milyon barrel olmuşdu.
Bu nəticə ilə, dünyanın ən böyük üçüncü xam neft istehsalçısı olan ABŞ, Səudiyyə Ərəbistanının gündəlik xam neft hasilat səviyyəsini yaxalamışdır.
ABŞ qlobal neft istehlakında birinci yerdədir, Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixracatçısı mövqeyindədir. Rusiya isə xam neft istehsalına görə birinci yerdədir.
Digər tərəfdən, EIA-nın yanvar ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10 milyon barrelə yüksələcəyi təxmin edilir.
ABŞ-ın xam neft hasilatının 2019-da gündəlik orta hesabla 10,8 milyon barrelə yüksələrək rekord qırması, 2019-cu ilin Noyabr ayında da gündəlik orta hesabla 11 milyon barelin üzərinə çıxaraq Rusiyanı keçəcəyi gözlənilir.
XAM NEFT EHTİYATLARI ARTIB
EIA, ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarının 20-26 Yanvar dövründə 6,8 milyon barel (1,6 faiz) artaraq 418,4 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 100 min barel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,1 milyon barrel azalma qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 200 min barel artaraq 664,7 milyon barelə yüksəlib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 2 milyon barrel (0,8 faiz) azalaraq 242,1 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,8 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,1 milyon barrel qalxmışdı.
Bundan başqa, sözügedən dövrdə ABŞ-ın xam neft ixracı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 354 min barel artımla 1,76 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 389 min barel artımla 8,43 milyon barelə çatıb.
ABŞ-ın xam neft ehtiyatlarındakı artımın ardından qlobal bazarda neft qiymətləri aşağı düşüb.
Brent növü neftin qiyməti 67,98 dolları, Qərbi Texas (WTI) tipli neftin qiyməti 63,91 dolları görüb.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
9 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
