“Bakcell”dən növbəti 5 startap layihəsinə dəstək
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb.
2017-ci il 15 dekabr-15 yanvar 2018-ci il tarixlərini əhatə etmiş ərizə qəbulu mərhələsində gənc developerlər tərəfindən hazırlanmış 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən 17 layihənin müəllifi Bakcell şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komitəsinin qarşısında öz ideyalarını təqdim diblər. 2018-ci ilin 1 fevral tarixində keçirilmiş təqdimat və seçim mərhələsində layihə müəllifləri tərəfindən mobil əlavələr, animasiya, artırılmış reallıq (Augmented reality), proqram və avadanlıq təminatı kimi sahələri əhatə edən ideya və layihələrin 10 dəqiqəlik təqdimatı keçirilib. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq, innovasiya, real yanaşma, biznes modeli, təqdimat üsulu və komanda işi kimi meyarlar əsasında qiymətləndirilib.
Nəticədə, proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib. Seçilmiş komandalar “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.
Beləliklə, növbəti 6 ay ərzində “Bakcell”in “Applab” proqramında iştirak edəcək layihələr aşağıdakılardır:
1. Run2Help - istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavə;
2. Way To Future – müxtəlif hazırlıq kursları və təlim imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan platforması;
3. Vavelya – xüsusi tortlar, gül, orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək imkanı verən elektron platforma;
4. Tusi – səhiyyə, təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsi;
5. MadebyAz – yerli əl işi, suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən elektron platforma.
Qeyd etmək lazımdır ki, təqdim edilmiş bütün layihələr olduqca perspektivli startap və maraqlı ideyalardan ibarət idi. Həmin layihələr 2018-ci ilin yay aylarında keçiriləcək növbəti ərizə qəbulu prosesində yenidən “AppLab” proqramına müraciət edə bilərlər.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək
etməyə çalışır. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
23 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
36 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar



























