"Futbol çempionatına qədər xeyli otellər tikiləcək"
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "halal turizm"in yaradılması istiqamətində işlər aparır.
Bunu Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.
Onun sözlərinə görə, müsəlman ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı getdikcə artır. Odur ki, "halal turizm"in standartlarının yaradılması vacibdir.
A.İsmiyev onu da bildirib ki, ölkəyə turist axını ilə əlaqədar yeni otellərin tikilməsi prioritet olaraq qalır: “Əsasən, iki-üç ulduzlu otellərin tikilməsi nəzərdə tutulub. Ümumiyyətlə, hər il 30-35 otel tikilir. 2020-ci ildə Azərbaycanda baş tutacaq futbol üzrə Avropa çempionatına qədər ölkədə xeyli otellər tikiləcək".
Onun sözlərinə görə, paralel olaraq Azərbaycanda yeni hostellər də açılır: “Hazırda Nazirlikdə hostellər üçün standartlar hazırlanır. Qiymətləri isə bazar müəyyən etməlidir".
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















