İranlılar valyutadəyişmə məntəqələrinə axın edib
İranda məhdud sayda valyutadəyişmə məntəqələri Dollara artan tələbatı ödəyə bilmir. Dəyərdən düşən İran rialını satmaq istəyən iranlılar, valyutadəyişmə məntəqələri qarşısında uzun növbələr yaratmağa başlayıb.
"Marja" xəbər verir ki, səhərin erkən saatlarında növbə tutmaq üçün valyutadəyişmə məntəqələrinə hücum edən iranlılar, şəxsiyyət vəsiqəsilə ancaq dövlətin müəyyən etdiyi miqdarda valyuta satın ala bilirlər.
"QARA BAZAR" İNKİŞAF EDİR
Qara bazardakı valyuta qiymətləri, dövlətin valyuta şirkətləri vasitəsilə satdığı qiymətlərdən 7% yüksəkdir. İranlılar valyutadəyişmə məntəqələrindən aldıqları Dolları "qara bazarda" sataraq qazanc əldə etməyə çalışır. Dövlətdən aldığı min dolları "qara bazar"da satan bir iranlı təxminən 100 manat qazanc əldə edə bilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Polisin həyata keçirdiyi əməliyyatlarda "qara bazarda" valyuta mübadiləsi aparan yüzlərlə adam ötən günlərdə həbs olunub, bəzi valyutadəyişmə məntəqələri də bağlanıb.
MƏRKƏZİ BANK FAİZ NİSBƏTİNİ 5% ARTIRDI
Valyuta qiymətlərindəki dalğalanmaya nəzarət etməyə çalışan İran Mərkəzi Bankı, illik faiz nisbətini 15%-dən 20%-ə qaldırıb. Mərkəzi Bank dövriyyədəki izafi rialı yığmaq üçün banklara qızıl satıb.
Həmçinin İran Mərkəzi Bankı Amerika dolları ilə idxal sifarişi verilməsini də qadağan edib. Nəticədə iranlı idxalçıların dollar ehtiyacını banklar yerinə valyuta şirkətləri vasitəsilə təmin etməsi =dollara tələbi daha da artırıb.
Prezident Həsən Ruhani hakimiyyətinin beş ili ərzində sabit səviyyədə qalan İran rialı, son aylarda təxminən 20% ducuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























