Tonunu 160 dollara alıb 420 dollara ixrac etmək imkanı - AZƏRBAYCANDA
Kənd Təsərrüfatı Nazirliyinın icmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən Azərbaycandan soğan ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.
Araşdırmada göstərilir ki, FAO-nun məlumatına əsasən 148 ölkədə hər il 110 milyon tondan çox soğan istehsal edilir. Son 15 il ərzində dünya üzrə soğan idxalının həcmi natural ifadədə 2 dəfə, dəyər ifadəsində isə 3 dəfə artmışdır. Azərbaycanda 2016-cı ildə 178 min ton baş soğan istehsal edilmişdir. Baş soğanın məhsuldarlığı 15 ton / ha təşkil edir.
Araşdırmada göstərilir ki, Azərbaycandan soğan ixracı təcrübəsi hər il kiçik həcmdə faraş məhsul ixracı ilə xarakterizə olunurdu. Lakin 2017-ci ildən etibarən ölkəmizdən soğan ixracı kəskin şəkildə artaraq tarixi rekord həcmdə olmuşdur. Soğan ixracı 2017-ci ildə 15.7 milyon ABŞ dolları təşkil etmişdir və əvvəlki illə müqayisədə 16 dəfə artmışdır.
Ötən il soğan ixracının 63 faizindən çoxu Rusiyanın payına düşmüşdür. Mövcud dünya bazar qiymətləri kontekstində Azərbaycandan soğan ixracı, xüsusilə devalvasiyadan sonra, çox perspektivli görünür.
Hazırda yerli bazarda 1 ton baş soğan topdansatış bazarda təqribən 160 ABŞ dollarına (0.27 AZN/kq) təklif olunur. Azərbaycandan region dövlətlərinə soğan ixracını artırmaq üçün potensial bazar tələbatı mövcuddur. 2016-cı ildə Azərbaycandan soğanın orta ixrac qiyməti 310 dollar/ton olmuşdur. Potensial ixrac bazarlarında soğanın idxal qiyməti bu bazarlara çıxış imkanlarımızı artıran daha bir faktordur. Belə ki, 2016-cı ildə Rusiyada soğanın 1 tonun idxal qiyməti 408, Səudiyyə Ərəbistanında isə 420 ABŞ dolları olmuşdur
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
39 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























