Sualları 100 % cavablandırdı, sertifikata layiq görüldü
4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən Azercell sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilir.
Bildiyiniz kimi, Azərbaycanda ən populyar sosial şəbəkə olan Facebook-da Azercell-in rəsmi səhifəsi artıq 9 ildir fəaliyyət göstərir. Burada Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Azercell öz Facebook səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.
Azercell-in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb. “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2016-cı ilin oktyabr-noyabr-dekabr aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. Şirkət eyni zamanda Twitter sosial şəbəkəsində də abunəçilərinin suallarını cavabsız qoymayıb və 79 % göstərici ilə yenə də digər mobil operatorları üstələyib.
Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında məlumatların çatdırılması, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 10 d. əvvəl
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb
- 9 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Neft və təbii qaz ucuzlaşıb, qızıl bahalaşıb
"Yaşıl Cümə"də səni nə fürsətlər qarşılayacaq bilirsən?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qubanın 3 kəndinin adı dəyişdirilir
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!






.jpg)
.jpg)






.jpg)








