“Azercell”: Bədbəxt hadisədə adımızın hallanması doğru deyil
Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bu gün mətbuatda çıxan xəbərə görə, Xasay Quliyev “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparırmış. “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb. X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.
“Azercell Telekom” MMC-nin rəsmi açıqlama yayaraq bəyan edib ki, yazılanlar yanlışdır.
“Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib və ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















