Məhsulun barkodunu skan etmək kifayətdir - Yeni mobil tətbiq işə salındı
Azexport portalı və “GS1 Azərbaycan” yeni mobil tətbiq işə salıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının dəstəyi ilə yeni mobil tətbiq işə salınıb.
Mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və Azexport portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir.
Xarici bazarlarda ştrixkodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və digər e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə Azexport GS1 Azərbaycanla bir sıra birgə layihələr üzərində işləyir.
GS1 Azerbaijan mobil tətbiqi mobil cihaz vasitəsilə məhsulların üzərində yerləşdirilən ştrix-kodları skan edir və baza üzrə axtarış imkanı verir. GS1 bazasında aşkar edilməyən məhsulun saxta olduğunu və ya qeydiyyatdan keçmədiyini ehtimal etmək mümkündür.
Bunun üçün Android və ya İOS tətbiqi yükləyərək məhsulun üzərindəki barkodu cihazın kamerası ilə skan etmək kifayətdir.
Növbəti mərhələdə təqdim ediləcək həll Made in Azerbaijan məhsullarını saxtalaşdırmadan tamamilə qorumağa imkan yaradacaq. Blokçeyn texnologiyasına əsaslanan həll hər hansı bir məhsulun saxtalaşdırılmasını mümkünsüz edəcək.
Qeyd edək ki, yeni mobil tətbiq “GS1 Azərbaycan”, EBRD-nin maliyyə və Azexport portalının texniki dəstəyi ilə hazırlanıb.
Mobil əlavə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:
https://play.google.com/store/apps/details?id=com.gsnew
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























