Unibank METAK üçün zamin durdu - 12% GƏLİR
Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub. Bu barədə Bankdan "Marja"ya bildirilib.
Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası Unibank-ın təminat verdiyi və “METAK” MMC tərəfindən buraxılan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiyasını dövlət qeydiyyatına alıb. "METAK" MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya şirkəti həyata keçirəcək.
Qeyd edək ki, emissiya həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
METAK istiqrazları müəyyən edilmiş dövrlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda qoyulmuş ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. Mövcud uçot dərəcəsi və bankların təklif etdiyi əmanətlər üzrə faizlərə nəzərən, METAK istiqrazları yüksək gəlirlililiyinə görə, ən yaxşı investisiya alətlərindən biri kimi dəyərləndirilir. Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir.
İstiqrazların likvidliyi də yüksəkdir. Belə ki, ayda bir dəfə olmaqla, hər bir alıcı istiqrazlarını Unibanka geri satmaq imkanı əldə edəcək. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və METAK çıxış edir. İstiqrazları Unicapital İnvestisiya Şirkətinin vasitəsi ilə almaq mümkündür. Hər kəs METAK istiqrazlarını əldə edə bilər.
"METAK" ötən ilin sonunda 2000 ədəd, hər birinin nominal dəyəri 1 000 AZN olan istiqraz emissiya etmişdi. İstiqrazlar üzrə illik gəlirlilik 14% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)





