Fərid İsmayılzadə inkubasiya mərkəzi yaradıb
13 Apreldən "GoldenPay" şirkətinin İdarə Heyətinin sədri vəzifəsini tərk etmiş, tanınmış iş adamı Fərid İsmayılzadə "Tecnovate" adlı inkubasiya mərkəzi yaradıb.
"Marja" xəbər verir ki, bu barədə iş adamı özünün "Facebook" səhifəsində yazıb.
Fərid İsmayılzadə, "Ölkəmizdə startaplara dəstək deyəndə onlara təkcə pul, ofis vermək yox, məhz "coaching", "mentorship" kimi xidmətlər lazımdır. Beləcə qərar verdim ki, "Tecnovate" adlı bir inkubasiya mərkəzi yaradım. Öz biliyimi, təcrübəmi, şəbəkəmi, pulumu qlobal potensiallı layihələr üçün açıq elan edim, onlarla birgə birgə işləyim və 1-3 ilə ortalığa nəsə çıxardım. Bu aləmdə yaxşı təcrübəyə sahibəm və indi qlobal səviyyədə özümü sınamaq istəyirəm. Alınmaya bilər, amma ən azından çalışacam. Praktik olacağıq, founderlərlə birlikdə az danışıb çox iş görəcəyik.
İnkubasiya mərkəzi balacadır. "Globus Center"in 12-ci mərtəbəsində yerləşir. İlk rezidentləri "Frogo" və "Spinal"dır. Daha 4 potensial layihə var. Ancaq qlobal potensiallı lahiyələr üçündür. Layihə rəhbərləri ilə birə-bir işləyəcəm və bacardığım hər şeydə dəstək olacam. Qlobal potensiallı istənilən layihə rəhbəri müraciət edə bilər. Özüm də aktiv şəkildə müxtəlif müsabiqələrdə iştirak edəcəm, xaricdən qonaqlar, treynerlər və s gətirəcəm. Nə də olmasa, mənim həyatımda ilk iş yerim məhz Silikon Vadisində inkubasiya mərkəzi olmuşdur" - yazıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























