Palata ötən ili zərərlə başa vurub
Hesablama Palatası ötən ili 58,7 min manat zərərlə başa vurub.
Bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.
Bildirilib ki, 2017-ci ilin sonuna Hesablama Palatasının 5 milyon 926,7 min manat aktivləri, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri 3,5 min manat, qısamüddətli debitor borcları 2,2 min manat, ehtiyatlar 67,2 min manat, sair qısamüddətli aktivlər 11,1 min manat, torpaq tikili avadanlıqlar üzrə uzunmüddətli aktivlər 5 milyon 807,02 min manat, qeyri-maddi aktivləri 30,8 min manat və sair uzunmüddətli qeyri-maliyyə aktivləri 4,7 min manat, qısamüddətli öhdəlikləri isə 16,8 min manat olub.
Sənəddə vurğulanıb ki, hesabat ilində Hesablama Palatasının qeyri-birja əməliyyatlarından alınmış keçmiş illər üzrə gəlirlər və sair əməliyyat gəlirləri nəzərə alınmaqla 3 413,9 min manat vəsait gəlir kimi tanınıb. Bu, ötən illə müqayisədə 1,66% çox deməkdir.
Əmək haqqı və dövlət sosial müdafiə fonduna ayırmalar üzrə 2 milyon 852,9 min manat, sərf edilən materiallar üzrə 61,3 min manat, amortizasiya xərcləri üzrə 130,9 min manat, sair əməliyyat xərcləri üzrə 427,5 min manat olmaqla, cəmi 3 milyon 472,6 min manat vəsait xərc kimi tanınıb ki, bu da ötən illə müqayisədə 2,23% azdır. Hesablama Palatası ötən ili 58,7 min manat zərərlə başa vurub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)


















.jpg)
