"Süd nə qədər ucuz olsa, biz özümüzü o qədər yaxşı hiss edirik"
Azərbaycanın süd məhsulları istehsalçısı “Milk - Pro” şirkətinin diektoru Mövsüm Şıxıyev emalçıların biznesə əlavə sərmayə yatırmalarının şərtlərini açıqlayıb.
“Marja”nın məlumatına görə, Bakıda keçirilmiş fermerlərin və süd emalçılarının birgə konfransında çıxış etmiş Mövsüm Şıxıyev bildirib ki, iş adamlarının süd emalına əlavə sərmayə yatırmaları üçün yeni satış bazarları müəyyən olunmalı və ölkədə kifyət qədər çiy süd istehsal edilməlidir.
Onun sözlərinə görə, bugünk emal müəssisələri potensiallarının 20-25%-i ilə işləyirlər. Bunu 100%-ə çatdırmaq üçün əlavə sərmayəyə ehtiyac var:
"Azərbaycan bazarı böyük bazar deyil. Üstəlik süd məhsullarının böyük hissəsi evlərdə istehsal olunur. Dünya standartlarına uyğun süd məhsulları istehsal emək və xarici bazarlara çıxmaq üçün bizim alıb quraşdıracağımız avadanlıqlar müasir olmalıdır. 9 milyonuq daxili bazar üçün xeyli maliyyə vəsaiti xərcləyib xüsusi avadanlıqlar almaq sərf etmir. Əgər xüsusi avadanlıqlar alınacaqsa, istehsal olunacaq məhsulların böyük hissəsi xarici bazarlara göndərilməlidir. Həmçinin istehsal gücü daha çox olan avadanlıqların quraşdırılması çiy südə təlabatı artıracaqdır. Sərmayə yatırıb emal zavodunu genişləndirən iş adamı daxili bazardan tələb olunan miqdarda çiy süd ala biləcəyinə əmin olmalıdır. Heç bir emal müəssisəsi südün stabil mövcudluğundan əmin olmayana qədər sərmayə yatırmayacaq. Südçü də arxayın olmalıdır ki, məhsuldarlığı artıraraq daha çox istehsal edəcəyi südü sata biləcəkdir. Bu tandem, əminlik olmasa iş çətin olacaqdır”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Milk - Pro”nun direktoru qeyd edib ki, xarici bazarlarda rəqabət aparmaq üçün çiy südün fermerlərdən alış qiyməti aşağı olmalıdır:
“Çiy süd nə qədər ucuz qiymətə olsa, biz özümüzü o qədər yaxşı hiss edirik. Bu o demək deyil ki, biz fermerlərin südünün qiymətini “öldürmək” istəyirik. Xeyir. Süd elə bir qiymətə olmalıdır ki, fermerə sərf etsin, xərclərini bağlaya bilsin və qazanc götürsünlər. Buna görə südün qiyməti adekvat olmalıdır. Südün qiymətinin adekvat olması üçün də hansı addımların atılması tələb olunduğunu bilirik”.
"Milk Pro" MMC "Sevimli Dad" markası ilə süd məhsulları istehsal edir.
Qeyd edək ki, fermerlər çiy südün satış qiymətinin aşağı olmasından şikayətlənirlər. Həmçinin oxu: “Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırıq”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























