“Dəmirbank”ın Kreditorlar Komitəsi yaradılıb, ilk iclası keçiriləcək - TARİX
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
Fondun yaydığı məlumata örə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb. Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.
Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə dəvət məktubları və bildirişlər göndərilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Yuxarıda qeyd olunanlarla əlaqədar bildiririk ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası 01 iyun 2018-ci il tarixində saat 15.30-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək.
Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi xahiş olunur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















