"Hərraclarda Dollar satışı 65% artıb"
2018-ci ilin I rübündə də Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir.
"Marja"nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir ki, 2018-ci ilin ilk rübündə Mərkəzi Bank tərəfindən ümumilikdə 23 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 1 milyard 310.2 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65.2% çoxdur.
2018-ci ilin I rübündə də manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Rüb ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6955, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0046 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olmuşdur
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Rüb ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 4.16% bahalaşmış, Avroya qarşı 2.45%, İngiltərə funt sterlinqinə qarşı 3.78% ucuzlaşmış, Rus rubluna qarşı isə dəyişməz qalmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. I rübdə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3% ucuzlaşmışdır.
ALIŞLAR SATIŞLARI ÜSTƏLƏYİB
İlk rübdə, banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd ABŞ dollarının alışı 594.2 mln., satışı isə 517.8 mln. məbləğində olmuşdur. Alışlar satışları 76.4 mln. ABŞ dolları üstələmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























