Nazir vergidə ediləcək dəyişiklikləri açıqladı
Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfrans keçirilib.
Konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib.
M.Cabbarov qeyd edib ki, bu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq. Hazırda aidiyyatı qurumlarla müzakirə aparılır. Təklif edilən dəyişikliklər barədə məlumat verən nazir bildirib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur.
Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə, cənab Prezidentin tapşırığı ilə, vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əmək haqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcəkdir.
Vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. Vergilər naziri vurğulayıb ki, vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır.
Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün fərdi yanaşma metodu tətbiq edilməlidir. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr pozitiv dəyərləndirilir. Lakin şüurlu sürətdə vergidən yayınma ilə məşğul olan sahibkarlara vergi güzəşti verilməsi məqbul hesab edilə bilməz.
Vergilər naziri 2018-ci ilin ilk 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayı 40% azaldığını da qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















