Alışov növbəti dəfə iclas keçirib - Faktorinqin tətbiqi yolları təhlil edilir
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Palatanın əsas icraçısı olduğu “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” (Yol Xəritələri) eləcə də digər icraçısı olduğu strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı mövcud vəziyyət müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən may ayı ərzində görülmüş işlər, həmçinin iyun ayında nəzərdə tutulan tədbirlər barədə geniş məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda may ayı ərzində maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlər müzakirə olunub.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı bildirilib ki, hazırda maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində Palatanın və Asiya İnkişaf Bankının mütəxəssisləri tərəfindən faktorinq alətinin tətbiqi yolları təhlil edilir.
Yekunda Baş icraçı direktor Palatanın daxili əməliyyat planına uyğun olaraq may ayı üzrə nəzərdə tutulmuş işlərin tam icrasına nail olunduğunu bildirərək, növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb










.jpg)





.jpg)



