“AS Aqro”nun dəstəyi ilə intellektual “Caspian Cup” turniri keçirilib
(®) 8-10 iyun tarixləri arasında Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyilə intellektual oyunlar üzrə yeddinci beynəlxalq “Caspian Cup 2018” turniri keçirilib.
Həm yerli, həm də xarici bilicilər “Nə? Harada? Nə zaman?”, “Xəmsə” və “Breyn-Rinq” yarışlarında ən güclü adı uğrunda mübarizə aparıblar.
“AS Qrup İnvestment” şirkətlər qrupuna aid “AS Aqro” şirkətinin də dəstək olduğu bu turnir çərçivəsində həm də “Ağıllı şəhər – Bakı” layihəsi ilə birgə həvəskarlar arasında da “Nə? Harada? Nə zaman?” oyunu üzrə Açıq Azərbaycan Çempionatı keçirilib. Qaliblərə “AS Aqro” tərfindən hədiyyələr təqdim olunub.
“Caspian Cup” turnirinin “Nə? Harada? Nə zaman?” oyunu üzrə birinci yerin qalibi olan Rusiyanın məşhur bilicisi Maksim Potaşovun “Afina” komandası həm də turnirin ən yaxşı komandası kimi “AS Aqro”-nun xüsusi mükafatı ilə təltif olunub.
"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. 330 hektar ərazini əhatələndirən aqroparkın 1/3 hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixana sistemi artıq istifadəyə verilib. İstixanalar Türkiyə, Hollandiya, İsraildən alınan ən müasir texnologiyalarla təhciz olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)
















