Vergilər üçün büdcə planı azaldılır
2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və ya 5,8% çoxdur.
Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Bundan əvvəl, 2018-ci il dövlət büdcəsi layihəsində gəlirlərin 7 milyard 907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcəyi qeyd edilmişdi. Beləliklə, Vergilər Nazirliyinin büdcə tapşırığı 512 milyon manat azaldılır.
Layihəyə əsaəsn, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.
Vergilər Nazirliyinin xətti ilə bəzi tədiyyə növləri üzrə gəlirlər aşağıdakı kimi proqnozlaşdırılır:
- hüquqi şəxslərin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş proqnoz 2 mlrd. 533 mln. manat olacaq ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 213 mln. manat və ya 9,2% çoxdur. Nəzərdə tutulan daxilolmaların 1 mlrd. 347 mln. manatı qeyri-neft sektorundan, 1 mlrd. 186 mln. manatı neft sektorundan gözlənilir.
- əlavə dəyər vergisi üzrə 1 mlrd. 813 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 770 mln. manat və ya 29,8% azdır. Nəzərdə tutulan daxilolmaların 1mlrd. 486 mln. manatı qeyri-neft sektorunun, 327 mln. manatı neft sektorunun payına düşür.
- dövlət rüsumu üzrə proqnoz 142 mln. manat nəzərədə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 30 mln. manat və ya 26,8% çoxdur. Artımın səbəbi "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi nəticəsində fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların, minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmalarına, habelə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının tətbiqindən əlavə vəsaitlərin daxilolmasının nəzərdə tutulmasıdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
22 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 25 d. əvvəl
-
-
30 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
35 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























