Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankının (Fed) qərar orqanı Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən toplantısı başa çatdı. Fed rəsmiləri bu toplantıda pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözləndiyi kimi 1.50-1.75 faiz aralığından 1.75-2.00 faiz aralığına qaldırdı.
FOREX-DƏ TƏCRÜBƏ QAZANMAĞA BAŞLA
Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 25 faiz bəndi artıraraq 1,75% - 2.00% aralığına qaldırdı.
Fed 2018-ci ildə daha 2 dəfə faiz artıracağını gözləyir. Beləliklə, Fed bu il 4 dəfə faiz artıra bilər. Bundan əvvəl Fed-in 2018-də 3 dəfə faiz artıracağı gözlənirdi.
Fed sədri Cerom Pauell Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mətbuat konfransında açıqlamalar verib və jurnalistlərin suallarını cavablandıracaq.
Fed-in maliyyələşmə faizini 25 bənd artıracağına haradasa qəti baxılırdı. Amma, Fed rəsmilərinin 2018-ci ildəki faiz artırımı sayına dair proqnozlarına dair gözləntilər fərqlilik göstərirdi.
Fed-in faiz qərarından sonra Dolların qiyməti çox dəyişməyib. Bakı vaxtı ilə saat 22:10-da Avro/dollar məzənəsi 1.1749 səviyyəsində olub.
Fed 2018-ci ilin Mart ayında faizləri 1.25-1.50 faiz aralığından 1.50-1.75 faiz aralığına qaldırmışdı. Fed 2017-ci ildə 3 dəfə faiz artırmışdı.
Fed-in açıqlamasından mühüm məqamlar:
-Əlavə faiz artımları 2%-lik inflyasiya hədəfi və iqtisadi artımla əlaqəli olacaq,
-İqtisadi fəallıq güclüdür, işsizlik düşüb,
-İnvestisiyalarartıb, sərmayələr güclü artmağa davam edib.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























