Xəlilovlar ailəsi “Budaqdan” brendilə bazara daxil olub
“ABAD”ın dəstək verdiyi Balakən rayonunun Yeni Şərif kənd sakini Məhəmməd Xəlilovun ailəsi uzun illərdir ki, cem və mürəbbə istehsalı ilə məşğul olur.
Xəlilovlar ailəsi ev şəraitində kustar üsulla hazırladıqları mürəbbələri əsasən, Balakən rayonunda satışa çıxarırdılar. Ev şəraitində cem və mürəbbə hazırlamaq isə çox vaxt və enerji tələb edirdi.
Məhəmməd Xəlilov mürəbbə istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə, supermarketlərə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. İstehsalçının müraciəti qurum tərəfindən müsbət qarşılanıb.
Balakənli istehsalçı müsahibəsində deyib: “Sağ olsunlar, SOCAR-la əməkdaşlıq çərçivəsində ailəmizi içərisində zəruri istehsal avadanlığı olan monoblok-konteynerlə təmin etdilər. Artıq bir ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edirik. İndi işimiz xeyli asanlaşıb. Bizə təqdim olunan avadanlığın köməyi ilə bazara müasir standartlara uyğun, yüksək keyfiyyətli məhsul çıxara bilirik. İstehsal etdiyimiz qızılgül, qoz, gilas, badımcan, şaftalı, gavalı, qoz ləpəsi mürəbbələri “Budaqdan” brendi ilə satışa çıxarılır”.
Xəlilovlar ailəsi mürəbbələrin hazırlanmasında öz həyətlərində yetişən, həmçinin qonşu həyətlərdən toplanan ekoloji cəhətdən təmiz meyvələrdən istifadə edir. Tam təbii meyvələrdən hazırlanan bu mürəbbələr özünəməxsus dadı ilə seçilir. Ailənin istehsal etdiyi məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından da keçib.
“Artıq məhsullarımız paytaxtın iri ticarət obyektlərinə yol tapıb. “ABAD”ın dəstəyi olmadan biz buna nail ola bilməzdik. Gələcəkdə bazara çıxarılacaq məhsulların çeşidini artırmaqla, ailə biznesimizi daha da genişləndirməyi düşünürük”, - deyə təsərrüfatın rəhbəri bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























