Azərbaycan–Gürcüstan birgə müəssisəsi Avropa bazarlarına çıxacaq
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" Azərbaycan–Gürcüstan birgə müəssisəsi yaxın vaxtlarda yeni məhsulların istehsalına başlayacaq. Bu məhsullar yerli bazarla yanaşı MDB və Avropa bazarlarına da çıxarılacaq.
Bu sözləri müəssisənin maliyyə direktoru İosif Mazmişvili söyləyib.
O bildirib ki, birgə müəssisə 2013-cü ildə yaradılıb. Hazırda müəssisədə LED lampaları, LED Televizorlar, “TV Box” və rəqəmsal texnologiyalar üçün ehtiyat hissələri, dekorativ lampalar, eləcə də köhnə lampalardan dəfələrlə qənaətli, 100 Vt-lıq lampalar qədər işıqlandırma gücünə malik yeni 7 və 9 Vt-lıq elektrik lampaları istehsal olunur. Bu lampaların tərkibində həm də insan sağlamlığına ziyan vuran civə və digər kimyəvi maddələr yoxdur.
Müəssisədə istehsal olunan televizorlar üçün Koreya Respublıkası və digər ölkələrdən ekran və digər avadanlıq gətirilir. Bu televizorların qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Hazır məhsullar əsasən Gürcüstanda, az bir hissəsi isə Azərbaycanda satılır.
Yaxın vaxtlarda müəssisədə planşetlərin, notebook və mobil telefonların istehsalına başlanılacaq. Artıq həmin məhsulların sınaq istehsalı həyata keçirilib. Bu məhsulların Azərbaycanda da satışı nəzərdə tutulub.
Müəssisənin məhsullarına MDB ölkələrində də maraq var. Müəssisə rəhbərliyi, eyni zamanda, məhsullarını Avropa bazarlarına çıxarılması istiqamətində də danışıqlar aparır.
İ.Mazmişvili deyib ki, Gürcüstan ilə Avropa İttifaqı arasında əldə olunmuş razılığa əsasən Gürcüstandan Avropaya satılacaq məhsullar üçün gömrük rüsumu ödənilməyəcək: “Bu da, bizim Avropa bazarlarına çıxışımızı xeyli asanlaşdırır. Biz artıq bu istiqamətdə danışıqlar aparırıq və düşünürəm ki, yaxın vaxtlarda məhsullarımızı Avropada da sata biləcəyik”.
“Bu, həm də müəssisəsinin yeni məhsullar istehsal etməsinə, fəaliyyətini genişləndirməsinə imkan yaradacaq”, - deyə, maliyyə direktoru vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ























