"Bizə yaxınlaşıb BOKT almaq istəyən də var" - MÜSAHİBƏ
Bank olmayan kredit təşkilatları (BOTK) arasında bir qismi sağlamlaşıb, artıq kreditləşdirməyə başlayıblar, bir qismi isə bazarı tərk edəcək. Bunu müsahibəsində Azərbaycan Mikromaliyyə Asossasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.
- Süleyman müəllim, bank sektorunda situasiya bir qədər sabitləşib, bəs mikro maliyyələşmə qurumlarında vəziyyət necədir?
- Bank olmayan kredit təşkilatlarında vəziyyət müəyyən dərəcədə düzəlmək üzrədir, lakin hazırki durum qənaətbəxş deyil. 2015-ci il devalvasiyasının nəticələri hələ də tam aradan qaldırılmayıb. Problemli kreditlərin idarə edilməsində böyük çətinliklər var. Müxtəlif iqtisadi və hüquqi tədbirlər görməklə bu məsələni həll etməyə çalışırıq.
- BOKT-lar özləri vəziyyətdən çıxmaq üçün nə edirlər?
- Əksər BOKT-lar daha çox iqtisadi tədbirlərə əl atırlar, məsələn, kreditlərin vaxtını uzatmaq, müəyyən güzəştlərə getmək halları daha çoxdur. Eyni zamanda məhkəmə yolu ilə qaytarılmasına da səy göstəririk. Bir neçə BOKT-da vəziyyət stabilləşmək üzrədir və hətta yenidən kreditləşdirmə başlayıb. Hətta investor axtarmaq üzərində iş gedir, söhbət həm xarici, həm də daxili investorlardan gedir.
- Deyəsən, daxili investorlar daha real görsənir?
- Baxın, bu yaxınlarda Kənd Təsrrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı kreditləri və layihələrinin idarəedilməsi üzrə Dövlət Xidmətində görüş keçirildi və müsbət haldır ki, 5 bank ilə yanaşı 3 bank olmayan kredit təşkilatı da büdcədən kənd təsərrüfatına ayrılan vəsaitlərin verilməsi üzrə tərəfdaş seçildi. Yəni agentliyin ayırdığı kreditlərdən banklarla yanaşı, bank olmayan kredit təşkilatları da istifadə edə biləcək. Qurumun faizləri 2%-dir və bu baza faizi imkan verir ki, kreditləşməni həyata keçirən maliyyə qurumuna 5%-lik marja qalsın. Bu pis rəqəm deyil, əlbəttə bəlkə də bu xərcləri tam bağlamır, çünki bilirsiniz ki bankolmayan kredit təşkilatlarında məbləğlər kiçikdir, çəkilən xərclər isə həmişə banklardan daha böyükdür.
- Siz dediniz ki, 2015-ci il devalvasiyasının nəticələri hələ də aradan qaldırılmayıb. Problemli kredit portfelinin həcmi nə qədərdir?
- İndi ölkədə 47 bank olmayan kerdit təşkilatı var. Bunların yalnız 15-i AMFA-nın üzvüdür. Bu, BOKT-lar üzrə 300 milyon manat kredit portfeli var. Təxminən 50-100 milyon arasında problemi kredit olduğunu demək olar. Yuxarıda dediyim kimi, problemli kreditləri həll etməyə çalışırlar, insanların güzaranı düzəldikcə kredit borclarını verməyə başlayıblar. Bəzən təklif səslənir ki, problemli borcu silin. Amma nəzərə almırlar ki, bu bankın pulu deyil, bank özü də bu pulu haradansa alıb, bir hissəsi də əmanətçilərin puludur. Borclar silinsə, əmanətçinin pulunu kim verəcək?!
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
- Bəs sizcə bu məsələ necə həll edilməlidir?
- Mənim fikrimcə, bu məsələnin həllində hökumət də iştirak etməlidir. Yalnız dövlət bu məsələni öz üzərinə götürdüyü halda, bu məsələnin həlli mümkün olacaq.
- Sektorda kredit faizləri düşübmü?
- Kreditlərin faiz dərəcəsi 10 faizə yaxın enib. Əvvəllər mikrokreditlər üzrə faiz dərəcələri 28-32 faiz ətrafında idi. Amma indii azalıb. Ümumilikdə isə nəzərə alaq ki, nə vaxt ki, depozit faizləri düşəcək, o zaman kredit faizləri də enəcək. Yaponiyada insanlar pulu qorumaq üçün banka qoyur və bu zaman nəinki faiz alırlar, hətta 1%ödəyirlər də. Nə qədər ki, buz pulu satırıq, qorumaq üçün qoymuruq o vaxta qədər bizdə kredit faizləri də yüksək olacaq.
- Bəzi banklar öz BOKT-larını yaradırlar. Bu maraq nə ilə bağlıdır?
- Bəli, "Kapital Bank" artıq öz BOKT-unu yaradıb, hətta fərdi şəxslər də bu təkliflə çıxış edirlər. Bizə yaxınlaşıb BOKT almaq istəyən də var. Məlumat üçün deyim ki, bu yaxınlarda Bakıda investor yarmarkası olacaq. Eyni zamanda xarici investorun cəlb edilməsi də maraq doğurur. Bir neçə BOKT bu məqsədlə xaricdə keçirilən beynəlxalq tədbirlərə də qatılacaq, artıq bununla bağlı danışıqlara da başlayıblar. Xarici investorlar onlardan 3 illik auditin nəticələrini tələb edirlər.
- Süleyman müəllim, bəs qanunvericiliyin təkmilləşdirilməsi üçün hansısa tədbirlər gözlənilirmi?
- Biz ümumiyyətlə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq edirik. Bu sahədə irəliləyişlər var. Məsələn, daşınar əmlakın yüklülüyü reyestri hazırlanıb və biz onun icrasına dair tamamlamanı gözləyirik. İpoteka və Zəmanət Fondunun yaradılması kreditlərdə etibarlılığı artırdı. Kənd təsərrüfatı sığortası ilə bağlı müsbət bir canlanma hiss olunur. Riskləri qarşılamaq üçün sığorta sistemi çox vacibdir və bu yenilik kreditləşməyə müsbət təsir edəcək.
- Aqrar sığortanın tətbiqi BOKT-ların işinə belə ciddi təsir edəcək?
- Əlbəttə, mən bununla bağlı keçirilən tədbirdə də dedim ki, bu sahədə üç böyük problemlə qarşılaşırıq. Birincisi, kənd təsərrüfatında sığorta haqqı çox yüksəkdir. İkincisi, çoxlu sənədlər tələb olunur, məsələn deyirlər ki, sən get 3 illik Kənd Təsərrüfat İdarəsi möhür vursun ki, doğrudan da hər hektardan 20 sentner pambıq götürəcəksən, torpaq şöbəsi möhür vurmalıdır və s. Bu sənədləşmələr sadələşməlidir və lazımsız prosedurlar aradan qalxmalıdır. Üçüncüsü, büdcədən pul ayrılıb və istifadəsiz qalıb. Maliyyə Nazirliyi o qədər mücərrəd sənədlər tələb edir ki, pulu götürmək mümkün deyil. Büdcədən ayrılmış 2 milyondan cəmisi 15 min pul götürülüb. Hesab edirəm ki, bu üç məsələ həllini tapdığı halda sığorta bazarı işləyəcək, nəticədə kredit bazarına təkan verəcək. Eyni zamanda sığorta məhsullarının da sayı artırılmalıdır, bu çox vacibdir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© FED
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
29 d. əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
-
- 38 d. əvvəl
-
45 d. əvvəl
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
-
1 saat əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
Ən çox oxunanlar
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb























