Gömrük: Yayılmış video təxribat xarakterlidir
"İyunun 29-da bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük-sərhəd keçid məntəqələrindən birində ölkənin gömrük ərazisinə daxil olan yük nəqliyyat vasitələrindən park üçün odəniş adı altında qeyri-qanuni vəsait tələb olunması barədə əsassız məlumatlar və təxribat xarakterli video çəkiliş yayılıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük-keçid məntəqəsində qeyri-qanuni ödənişlərin tələb olunması ilə bağlı həmin video çəkilişdə irəli sürülən iddialar tam əsassızdır. Belə ki, mövcud gömrük qanunvericiliyinə əsasən idxal-ixrac əməliyyatları zamanı yük daşıyan avtonəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında yerləşən xüsusi ayrılmış dayanacaqdan istifadə etdikləri üçün ƏDV ilə birlikdə 20 AZN ödəməlidir".
Bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, videonu qeydə alan dartıcısının dövlət nömrə nişanı 90 ZE 278, qoşqusunun nömrəsi 99 ZB 978 olan yük nəqliyyat vasitəsinin sürücüsü Ağayev Yaşar Nizami oğlunun avtomobillərin gömrük-sərhəd keçid məntəqəsində uzun müddət, hətta 24 saatdan artıq yubadılması ilə bağlı irəli sürdüyü iddialar tamamilə əsassızdır:
"Belə ki, Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı videotəsvirlərdə dövlət nömrə nişanı aydın görünən dartıcısının nömrəsi 53 BB 344, qoşqusunun nömrəsi 53 BB 281 olan nəqliyyat vasitəsi 26 iyun tarixdə, saat 09:29:33-də gömrük postunun ərazisinə daxil olaraq 10:41:13-də, dartıcısının nömrəsi 34 SU 0178, qoşqusunun nömrəsi 34 KL 3454 olan nəqliyyat vasitəsi saat 09:14:52-də gömrük postunun ərazisinə daxil olaraq 11:08:53-də, dartıcısının nömrəsi 53 AB 027, qoşqusunun nömrəsi 53 AB 028 olan nəqliyyat vasitəsi saat 09:24:53-də gömrük postunun ərazisinə daxil olaraq 10:35:33-də, dartıcısının nömrəsi 34 JC 8846, qoşqusunun nömrəsi 34 KL 3452 olan nəqliyyat vasitəsi saat 09:20:52-də gömrük postunun ərazisinə daxil olaraq 10:53:46-da gömrük postunu tərk edib. Araşdırmanın nəticəsi göstərir ki, həmin avtonəqliyyat vasitəsinin sərhədkeçmə prosesinə sərf olunan vaxt müasir qanunvericiliyə və beynəlxalq təcrübədə tətbiq edilən qaydalara tam uyğundur.
Videonu qeydə alan şəxs isə həmin gün saat 03:04:00-da gömrük postunun ərazisinə daxil olaraq 09:31:12-də ərazini tərk edib. Onun digər nəqliyyat vasitələri ilə müqayisədə gömrük postunun ərazisində daha çox qalmasının səbəbi isə idxal- ixrac əməliyyatları zamanı yük daşıyan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında yerləşən xüsusi ayrılmış dayanacaqdan istifadəyə görə tələb olunan vəsaiti ödəməkdən imtina etməsi, gömrükçülərin haqlı tələblərinə tabe olmamasıdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Üstəlik həmin şəxs qanunvericiliyin tələblərini pozaraq postun ərazisində videoçəkiliş aparır, öz hərəkətləri, sözlü ifadələri ilə digər şəxsləri də qanundankənar əməllərə sövq edir, ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran strateji qurumlarından birinin işguzar imicinə xələl gətirməyə çalışır.
Dövlət Gömrük Komitəsi bir daha hər kəsi, komitənin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı məlumatlar yayarkən diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə çağırır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
-
- 19 d. əvvəl
- 26 d. əvvəl
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
Azərbaycana çay idxalı 23% azalıb
Ən çox oxunanlar
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"






.jpg)












.jpg)


