Hesab açan müştərilərə kartlar pulsuz veriləcək
Unibank hüquqi şəxs olan bütün müştərilərinə pulsuz plastik kart hədiyyə edir. İyulun sonunadək Unibankda hesab açan müştərilərə plastik kartlar pulsuz veriləcək.
Kampaniya müddətində indiyədək Unibankda hesabı olmuş bütün hüquqi şəxslər də banka yaxınlaşaraq, biznes kartları pulsuz əldə edə bilərlər. Ölkəmizdə nağdsiz ödənişlərin dövriyyəsinin artması ilə bağlı biznes kartlara ehtiyac çoxaldığından, Unibankın bu kampaniyası biznes sahiblərinə dəstək xarakteri daşıyır.
Hesaba bağlı plastik kart biznes sahiblərinə bir çox üstünlüklər verir. Bu kart hüqüqi şəxs olan müştəriyə banka gəlmədən, şirkətin hesabındakı vəsaitdən istədiyi vaxt, 24/7 istifadə etməyə imkan verəcək.
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















