"Yeni üsulla hektardan 50 tondan çox yerkökü götürürük"

Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Hələ keçmiş Sovet dövründə Bərdə rayonu pambıqçılıq, taxılçılıqla yanaşı yerkökünün də istehsal edildiyi rayon kimi tanınıb. Rayonun Soğanverdilər kəndi isə respublikamızda yerkökü istehsalı ilə məşhurdur. Kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.
Yerkökü istehsalçıları bir neçə ildir ki, müasir becərmə texnologiyalarının tətbiqinə başlayıblar. Damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə edərək 4 hektarda yerkökü becərən kənd sakini Rafiq Ələsgərov artıq becərdiyi məhsulun yığımını həyata keçirir.
Rafiq Ələsgərov yeni texnologiya ilə becərmənin üstünlüklərindən danışıb.
Bildirib ki, müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür:
“Müasir üsulla əkilən yerkökü sahələrini becərmək əvvəlkinə nisbətdə daha çox vəsait tələb etsə də, məhsuldarlıq yüksək olur. Yerkökü toxumu yeni üsulla mart ayından başlayaraq əkilir. Bitkinin suvarılması damcı sistemi ilə həyata keçirilir. Damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Zərərvericilərə qarşı mübarizə də daha effektli və asan olur. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 15-20 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 50 tondan çox yerkökü götürülür. Əvvəllər yerkökü ancaq bir mövsümdə becərilir, məhsul noyabr-dekabr aylarında yığılırdı. İndi isə ilin istənilən mövsümündə yerkökü becərmək mümkündür”.
Əkinçilikdə növbəli əkin sistemini tətbiq edən fermer yerkökü ilə yanaşı şəkər çuğunduru, taxıl, pambıq da becərir. “Yerkökünün növbəlilik əsasında, mərhələlərlə və müxtəlif yetişmə tezliyinə malik sortların əkilməsi nəticəsində ilboyu məhsulumuz olur. Belə becərmə çox əlverişlidir. Məhsulumuza tələbat həmişə var. Hazırda yerkökünün bir kiloqramı 55-60 qəpiyə satılır. İstehsal etdiyimiz məhsul Bakının bazarlarına çıxarılır. Artıq məhsulumuz Rusiya bazarlarına da göndərilir”, - deyə fermer bildirib.
Dünyanın qabaqcıl becərmə texnologiyaları ilə daim maraqlanan bərdəli fermer növbəti mövsümdə yerkökünü daha mütərəqqi üsulla becərəcəyini deyir. Əsas məqsədi isə intensiv becərmə yolu ilə daha yüksək məhsuldarlığa nail olmaqdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
8 d. əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 14 d. əvvəl
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
1 saat əvvəl
Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
