"Turizm şirkətlərinə tövsiyə edirik ki, sərfəli paketlər təklif etsinlər"
“Turizm şirkətlərinin fəaliyyəti ilə bağlı hər hansı lisenziya və xüsusi razılıq sənədi yoxdur. Şirkətlər bu sahədə sərbəst fəaliyyət göstərirlər”.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.
K. Quluzadə bildirib ki, Dövlət Turizm Agentliyinə ölkədən xaricə gedən turistlərin bu sahədə fəaliyyət göstərən şirkətlər və yerləşdirmə obyektləri haqqında şikayəti daxil olmayıb: “Əgər turist üçün narahatlıq və problem yaradan hallar varsa, onların hüquqları pozulursa, təbii ki, müvafiq dövlət qurumları, eyni zamanda Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər. Agentlik edilən müraciətlərin müvafiq tərəflər qarşısında qaldırılması məsələsinə baxa bilər. Amma turistlərə tövsiyə edirik ki, səfərə çıxanda şirkətdən biletlərini və göstərilən xidməti təsdiq edən sənədi tələb etsinlər. Bu halda onlar xaricə gedəndə hər hansı bir narahatlıqla üzləşməyəcəklər”.
K. Quluzadə turizm sektorunda olan qiymət və xidmətin səviyyəsinə də toxunub. O qeyd edib ki, azad bazar iqtisadiyyatı olduğu üçün dövlət qurumları bu sahədə qiymətləri tənzimləmir: “Dövlət qurumları yalnız öz tövsiyələrini verir. Biz də agentlik olaraq turizm şirkətlərinə tövsiyə edirik ki, rəqabət şəraitini nəzərə alaraq, yerli və xarici turistlər üçün sərfəli paketlər təklif etsinlər. Xidmət mütləq dərəcədə səviyyəli olmalıdır. Qiymət fərqi xidmət səviyyəsinə təsir edə bilməz. Obyektlər qiymətləri çeşidləməlidir ki, insanlar büdcəsini tənzimləyə bilsinlər. O ki qaldı qiymətlərin baha, yaxud ucuz olmasına, bazarda bir məhsulun qiyməti fərqli şəkildə olur. İnsanlar keyfiyyətli istirahət etmək istəyirlərsə, bütün dünyada belədir ki, göstərilən xidmət bahalı olur. Amma Bakı ətrafı və regionlarda ucuz xidmətlər də göstərilir. O ki qaldı dövlət tabeçiliyində olan strukturlara, onların xidməti heç də baha deyil. Məsələn, “Yanardağ” qoruğu agentliyin tabeliyindədir və orada giriş qiyməti iki manatdır. Məktəblilər üçün isə giriş 20 qəpiyə nəzərdə tutulub. Bu siyahını genişləndirmək də olar. Harada ki dövlət vasitəsilə strukturlara nəzarət edilir, orada qiymətlər yuxarı deyil. Özəl obyektlərə isə biz müdaxilə yox, tövsiyə edə bilərik ki, qiymətlər ucuz olsun”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


