İvanka Tramp biznesini ləğv edir
ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp, öz adını daşıyan geyim və ayaqqabı şirkətini bağlamaq qərarı verdiyini bildirib.
"Marja" xəbər verir ki, İvanka Tramp bu addımı şəxsi biznes və ölkə prezidentinin müşaviri vəzifəsi arasında maraqların toqquşması hallarına yol verməmək məqsədilə atıb.
İvanka qərarı çətinliklə verib. O bütün əməkdaşlara şirkətin işində iştirak etdiklərinə görə minnətdarlığını bildirib.
Tramp, etdiyi yazılı açıqlamada, "Bu markanı ilk yaradanda heç kim əldə edəcəyimiz uğuru təxmin edə bilməzdi. Vaşinqtondakı 17 aydan sonra iş həyatına qayıdıb qayıtmayacağımı və ya nə vaxt qayıdacağımı bilmirəm. Amma hazırda Vaşinqtonda işlədiyimi bilirəm. Bu səbəbdən indi bu qərarı vermək komandam və tərəfdaşlarım üçün yeganə ədalətli nəticədir",- ifadələrini istifadə edib.
4 il əvvəl qurulan şirkət qısa müddətdə böyük markalar arasına girmişdi.
İvanka Trumpın atası tərəfindən Ağ Evə məsləhətçi təyin olunmasının ardından "Ivanka Trump" markasına qarşı "Pul Kisəsinə sahib çıx" adı altında kampaniya başlamışdı.
Trampın Ağ Evdəki vəzifəsinə başlamasından sonra ABŞ-dakı pərakəndə mağazalar şəbəkəsi "Nordstrom" "Ivanka Trump" markasına aid məhsulların satışını dayandırmışdı.
Ötən həftə isə Kanadanın ən böyük pərakəndə satış mağazası "Hudson Bay" satış həcmindəki azalmanı əsas göstərərək "Ivanka Trump" markasını məhsul siyahısından çıxarmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























