Facebook-un dəyərindən 120 milyard dollar silindi
Facebook-un səhmlərinin qiyməti ABŞ-da birjaların açılmasından sonra 18 faiz düşüb və şirkətin bazar dəyərindən 120 milyard dollar silinib.
"Marja" xəbər verir ki, Facebook-un səhmləri, Çərşənbə günü 217.50 dollar səviyyəsindən bağlamasının ardından bağlanışdan sonrakı əməliyyatlarda 24 faiz ucuzlaşmışdı.
Beləliklə, ABŞ tarixinin ən böyük birja dəyərsizləşməsi reallaşdırmışdır. Facebook-dan öncə 2000-ci ilin Sentyabr ayında "Intel Corp"un bazar dəyərindən bir gün içərisində 91 milyard dollar silinmişdi.
Sosial media platforması Çərşənbə günü ikinci rüb balansını açıqlayıb. Şirkətin xalis mənfəətində bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31%-lik artım olmasına baxmayaraq, investor gözləntilərini (proqnozları) ödəməyib. Bu səbəbdən investorlar məyus olublar.
Şirkətin ikinci rüb gəliri illik 42 faiz artaraq 13.2 milyard dollar olsa da 13.3 milyard dollarlıq proqnozu qarşılamayıb.
Gündəlik aktiv istifadəçilərinin sayı da 1.47 milyard ilə 1.48 milyardlıq analitik proqnozdan aşağı qalıb.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
2 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı





















