Bu bankın sahiblərinin böyük məbləğdə pulları batdı
“AG Bank” ASC-nin nizamnamə kapitalı 103 milyon 400 min manat olsa da, səhmdarların bu vəsaitinin 70%-i yığılmış zərər ilə silinib.
“Marja” xəbər verir ki,cari ilin birinci yarısındakı 5 milyon 139 min manatlıq zərər daxili, 30 İyun 2018-ci ildə “AG Bank”ın yığılmış xalis zərəri 72 milyon 318 min manat təşkil edib. Yığılmış xalis zərər nizamnamə kapitalın böyük hissəsini sildiyindən Bank minimal tələbdən (50 milyon manat) aşağı – 41 milyon 486 min manat məcmu kapitala malik olub.
“AG Bank”ın zərər etməsinin 2 səbəbi var: Problemli kreditlərin artması və Bankın gəlirlərinin xərclərini ödəməməsi.
Belə ki, 30 İyun 2018-ci il tarixinə olan məlumata görə, Bankın müştərilərə verdiyi 263 milyon 612 min manat kreditin 56%-i və ya 148 milyon 149 min manatı problemlidir. Bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 40 milyon 560 min manat məqsədli ehtiyat yaradıb. “AG Bank”ın əməliyyat mənfəəti olmadığından, hər ay ödəmə vaxtı keçmiş kreditlərə görə yaradılan ehtiyat Bankın kapitalının azalması ilə nəticələnir.
Cari ilin yanvar-iyun dövründəki 23 milyon 774 min manat cəmi gəlirlərə (faiz və qeyri-faiz gəlirləri) qarşı, cəmi xərclər 26 milyon 829 min manat təşkil edib və nəticədə xərclər gəlirləri üstələdiyindən 3 milyon 55 min manat əməliyyat zərəri yaranıb.
Qeyd edək ki, “AG Bank”ın gəlirləri azalmaqda davam edir. Bankın faiz gəlirləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% azalaraq 9 milyon 675 min manat təşkil edib. “AG Bank” 2017-ci ilin birinci yarısında 12 milyon 280 min manat faiz gəliri əldə etmişdi. Bankın qeyri-faiz gəlirləri isə 7% azalaraq 14 milyon 99 min manata düşüb. Gəlirlərin azalması bankların qarşılaşdığı növbəti çətinlikdir. Bir neçə bankın kredit bazarında mövqeyini möhkəmləndirməsi və eyni zamanda kreditlərə tələbin azalması ilə bir sıra bank gəlir formalaşdırmaqda çətinlik çəkir.
ƏHALİ PULUNU GERİ GÖTÜRÜR
Qeyd edək ki, əhali “AG Bank”dan əmanətlərini geri götürür. Belə ki, Bankda fiziki şəxslərin müddətli depozitləri ötən ilin sonu ilə müqayisədə 17,2% azalaraq 101 milyon 596 min manata düşüb. Ötən ilin sonunda bu rəqəm 122 milyon 770 min manat idi.
SATIŞA ÇIXARDIĞI SƏHMLƏRİNİ SATA BİLMƏMİŞDİ
Bu il “AGBank” ASC nizamnamə kapitalını 7 milyon manat artırmaq üçün satışa çıxardığı yeni səhmlərin 82,86%-ni sata bilməmişdi. Bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 milyon ədəd yeni səhm buraxmışdı. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vasitəçiliyi ilə həyata keçirilmişdi. Prosesin yekunlaşmasından keçən təxminən 1 ay ərzində yeni səhmlərin 600 min ədədi (1,2 milyon manatlıq hissəsi) və yaxud 17,14%-i alınmışdı. Son nəticədə “AGBank” nizamnamə kapitalını istədiyi kimi 6,85% yox, cəmi 1,17% artıra bilmiş və 102,2 milyon manatdan 103,4 milyon manata çatdırmışdı.
Xəbər verdiyimiz kimi “AG Bank” maliyyə göstəricilərini açıqlayıb. Ətraflı: “AG Bank” “bataqlıqdan” çıxa bilmir
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
- 11 d. əvvəl
- 34 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
2 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
2 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Ən çox oxunanlar
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır






















