Apple gəlir və mənfəətinin artdığını açıqladı - 1 TRİLYON DOLLARIN ASTANASINDA
Texnologiya nəhəngi Apple-ın aprel-iyun dövründə xalis gəliri və xalis mənfəəti, ötən ilin müvafiq aylarına nisbətən yüksəlib.
"Marja" Apple-dən verilən məlumata istinadən xəbər verir ki, bu ilin aprel-iyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 53,26 milyard dollara çatıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 45,41 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də ötən ilin aprel-iyun dövründəki 8,72 milyard dollardan bu ilin eyni dövründə 11,52 milyard dollara çıxaraq 32,1 faiz artmışdır.
Şirkətin bir səhmə mənfəəti isə həmin dövrdə 1,67 dollardan 2,34 dollara qalxıb.
iPhone və iPad satışlarında artım
Apple, iPhone ağıllı telefon və iPad planşet satışları da artım qeyd edib.
Sözügedən dövrdə iPhone satışları 0,6 faiz artaraq 41 milyon 300 min ədədə, iPad satışları da 0,9 faiz artaraq 11 milyon 553 min ədədə çatıb. Mac satışları isə 14 faiz azalaraq 3 milyon 720 minə enib.
Şirkətin AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir bu dövrdə 31,4 faiz artımla 9,55 milyard dollar təşkil edib. Apple TV və Apple Watch kimi məhsullardan əldə edilən gəlir də 37 faiz artaraq 3,74 milyard dollar olub.
Bazar dəyəri 1 trilyon dollara çata bilər
Apple-ın xalis mənfəət və gəlirinin bazar proqnozundan çox və müsbət olması ilə Nyu-York Birjasının bağlanmasının ardından keçirilmiş məhdud əməliyyatlarda şirkətin səhmləri dəyər qazanıb.
Çərşənbə axşamı gününü 190,29 dollardan bağlanmış Apple səhmləri, şirkətin balansını açıqlamasının ardından 3,9 faiz artımla 197,67 dollara qədər qalxıb.
Çərşənbə günü şirkətin səhminin qiymətinin 198,95 dollar səviyyəsinə çatması halında, Apple tarixdə 1 trilyon dollar bazar dəyərinə yüksələn ilk şirkət olacaq.
Təxminən 956 milyard dollar bazar dəyərinə malik olan Apple, dünyanın ən dəyərli şirkətidir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)






.jpg)




