“Aqrolizinq” AsanPay ödəniş sisteminə inteqrasiya olundu
Aqrolizinq ASC 1 avqust 2018-ci il tarixindən AsanPay ödəniş sisteminə inteqrasiya olunub.
Artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi AsanPay ödəniş terminalı və elektron kartlar vasitələri ilə Asan Ödəniş sistemi üzərindən aparıla bilər. Bunun üçün ödəyicilər asanpay.az saytında daxil olaraq Kredit/Lizinq bölməsində Aqrolizinq ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi
təklif olunur.
Bu gündən etibarən Asan Ödəniş sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E manat”, “Milliön” , “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.
“Aqrolizinq” ASC-nin ASAN PAY sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 36 d. əvvəl
-
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
2 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
2 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
3 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
3 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























