Türkiyənin məşhur iş adamından "iflas" şayiələrinə cavab
"Ağaoğlu" Şirkətlər Qrupunun Bodrumda 12 milyon kvadratmetrlik sahədə həyata keçirməyi planlaşdırdığı "Yay-qış yaşayış layihəsi" təqdimatında danışan Ali Ağaoğlu, şirkətinə qarşı böhran iddiaları ilə bağlı açıqlama da verib.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dövrdə daşınmaz əmlak sektoru ilə bağlı çox spekulyasiya olduğunu bildirən Ali Ağaoğlu, xəbərlərin qərəzli şəkildə yayıldığını deyib.
1981-ci ildən bu yana hər böhrandan daha güclü çıxdığını qeyd edən məşhur iş adamı, haqqında çıxan xəbərlərlə bağlı bu fikirlər söyləyib:
"Sosial mediadakı trol hesablarda "Ağaoğlu batır" xəbərlərinə rast gəlirəm. Mən bu cür xəbərləri heç ciddi qəbul etmitəm. "Ağaoğlu" Şirkətlər Qrupu olaraq kapital baxımından Türkiyənin ən güclü və köklü şirkətlərindən biriyik. Əslində bu cür xəbərlərin nə üçün yayıldığını da bilirəm. "Ağaoğlu", daşınmaz əmlakın lider markasıdır. Bizimlə bağlı çıxarılan bu cür xəbərlər ilə sektora zərər vermək məqsədi güdülür. "Maslak 1453" layihəmizdə satılacaq mənzilimiz qalmadı. "Çekmeköy" layihəmizdə isə proqnozumuz üzərində tələb gördük. Layihənin tikintisi davam edir. Mənzillərin yarısından çoxu satılıb. Türkiyənin ən strateji layihələrindən olan Beynəlxalq Maliyyə Mərkəzi layihəsini biz götürmüşük. İndi isə Bodrumda 12 milyon kvadratmetrlik sahədə Avropanın ən böyük yaşayış layihəsini həyata keçiririk. Belə mühüm işlərə imza atan bir marka olaraq yaradılmaq istənilən mənfi hissi təbii qarşılayıram".
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
"İşimizi görməyə davam edəcəyik" deyən Ağaoğlu, "Çarxların fırlanmağa davam etməsi lazımdır. Böhranlardan həmişə çıxmağı bacarmışıq" ifadələrini istifadə edib.
Sektorun fədakarlıq etməsi lazım olduğunu söyləyən Ali Ağaoğlu, məşğulluğa və iqtisadiyyata köməyin əhəmiyyətli olduğunu vurğulayıb:
"Türkiyənin güllük-gülüstanlıq olmadığını bilirsiniz. Vəziyyətə seyr edə bilmərik. Minlərlə işçimiz var. Lazım gələrsə bəzi aktivlərimizi satacağıq".
Faiz dərəcələrinə də toxunan Ağaoğlu, "Faizlər yüksək olduğundan banka əmanət yatırmağa maraq var. İnsanlar mənzil almaq yerıne banka pul qoymağı düşünür. Bu gün cazibədar görünən faiz nisbəti sabah inflyasiya ilə "əriyəcək". İnsanlara tövsiyə edirəm ki, pullarını yığıb mənzil alsınlar" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























