Türkiyədə Dollar görünməmiş sürətlə bahalaşır - YENİ REKORD
Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.
"Marja" xəbər verir ki, Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən günə 5.30-un üzərində başlamışdı. Daha sonra Dollar/TL məzənnəsi 5.48-i aşaraq yeni rekordunu qırdı. Axşam saatlarında tarixi rekordunu yeniləyən Dollar/TL məzənnəsi gecə yüksəlişini davam etdirərək bu gün səhər 5,74 səviyyəsini görüb. Lirə son 24 saatda Dollar qarşısında 6%-dən çox ucuzlaşıb.
Bu gün səhər Bakı vaxtı ilə saat 08:40-da məzənnə 5.7401 səviyyəsində olub.
Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb.
ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənndə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın "Wall Street Journal" qəzeti, Tramp-ın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.
Qeyd edək ki, son bir ildə Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 57,91%-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























