Türkiyə heyəti amerikalıların şantajı ilə qarşılaşıb
Brunson böhranını həll etmək üçün Vaşinqtona gedən Türkiyə heyəti masada amerikalıların şantajı ilə qarşılaşıb.
"Marja" "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, ABŞ rəhbərliyi həm Brunsonun qısa müddətdə təxliyəsini, həm də ABŞ vətəndaşlığına keçmiş FETÖ-çülərin buraxılmasını istəyib.
15 İyula açıq dəstək mənasına gələn bu davranış səbəbindən masada müzakirə dayandırılıb və Türkiyənin nümayəndə heyəti səfəri yarımçıq başa çatdıraraq geri dönüblər.
Danışıqlarda nəticə olmadığından, bu dəqiqələrdə 1 Dollar 5.7119 lirəyə yüksəlib.
Türkiyə və ABŞ-ın münasibətləri gərginləşib. Problemlərin diplomatik yolla həlli üçün Vaşinqtona gedən Türkiyə heyətinin danışıqları uğursuz olub. Danışıqlarda ABŞ, keşiş Brunson yerinə Türkiyənin FETÖ ilə mübarizəsini müzakirə edib. Həmçinin ABŞ, FETÖ əlaqəli bütün vətəndaşlarının təxliyəsini istəyib.
Danışıqlara dair verilən yazılı açıqlamada, "Türkiyə rəsmiləri ilə əlavə görüşlər keçirdik. Açıq bir şəkildə keşiş Endryu Brunsonın evə qayıtması lazım olduğunu söylədik" deyilir.
"Wall Street Journal" Qəzeti isə danışıqlara dair, Türkiyə ilə ABŞ arasında razılaşmanın əldə olunmadığını, Türk rəsmilərin Brunsonun sərbəst buraxılacağına dair bir təminat vermədiyini, Tramp rəhbərliyinin yeni sanksiyaları həyata keçirmək nöqtəsinə gəldiyini irəli sürüb.
BÜTÜN FETÖ-ÇULARI İSTƏYİRLƏR
"Yeni Şafak" qəzetinin yazdığına görə, danışıqlar nəticəsində, keşiş Brunsonu bəhanə edən ABŞ-ın əsl dərdinin Fetullahçı Terror Təşkilatı (FETÖ) olduğu ortaya çıxıb. Danışıqlarda ABŞ, Brunsonun vəziyyətini danışılarkən Türkiyənin FETÖ ilə mübarizəsini də müzakirə edib. Brunsonun dərhal sərbəst buraxılmasını istəyən ABŞ, Türk nümayəndə heyətinin qarşısına yalnız Brunson yox, 15 İyul FETÖ çevriliş təşəbbüsü çərçivəsində həbs olunan digər ABŞ vətəndaşları və Türk vətəndaşı olub ABŞ-ın Türkiyədəki missiyalarında çalışan FETÖ-çu terrorçuların da təxliyəsi tələbini qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























