“Güzəştli mənzil” sistemininin sınaq versiyası istifadəyə verildi
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi “Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə 04.08.2018-ci il tarixində satış modulunun sınaq (demo) versiyasını istifadəyə vermişdir.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
Sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı 5 sentyabr 2018-ci il tarixində başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir.
“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.
04.08.2018-ci il saat 16.00-dan etibarən 13.08.2018-ci il saat 00.00-dək “Güzəştli mənzil” sistemininin satış modulunun sınaq versiyasından 12 679 dəfə istifadə olunub. Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı köməklik göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılmışdır. Mənzil seçimi prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallar ilə bağlı 04.08.2018-ci il tarixindən etibarən MIDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti 31 avqust 2018-ci il tarixinədək davam edəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 56 d. sonra
-
- 32 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















