Tarixdə ilk istehlakçı şikayəti məktubu
Böyük Britaniyada muzeydə (British Museum) nümayiş etdirilən 3800 illik bir gil daşdan hazırlanmış sənədin, tarixdə məlum olan ilk istehlakçı şikayəti məktubu ola biləcəyi hesab olunur.
"Marja" xəbər verir ki, Şumerlər dövründən qalma sənəddə, bir mis tacirinin, ona pis keyfiyyətdə cövhər (külçə mis) göndərən başqa bir tacirdən giley edir.
Mütəxəssislər, məktubun yazılmasına sərf edilən zamanın müştərinin ədalətsizliyə etirazını və hirsinin dərəcəsini əks etdirdiyini deyirlər. Qədimdə gildən hazırlanmış daş üzərinə yazı həkk etmək çətin iş sayılırdı.
11.6 santimetr uzunluqda və 2.6 santimetr qalınlığındakı daş sənəd İraqın cənubundakı antik Ur (Bugünkü adı ilə Tel əl Mukayyer) şəhərində tapılmışdır.
Akad dilində yazılan məktubun Çikaqo Universiteti tərəfindən edilən tərcüməsi sosial media saytı "Reddit"də dərc olunub.
"PİS MALI RƏDD ETMƏK HAQQIMI İSTİFADƏ EDƏCƏYƏM"
Məktubda, Nanni adlı ticarətçi topdansatıcı ticarətçi Ea-Nasir-ə qısaca belə deyir:
"Mənim yanıma gələndə yaxşı keyfiyyətdə külçələr verəcəyini demişdiniz. Amma sözünə əməl etmədin. Qasidim Sit-Sin-ə pis külçələr verib, "Almaq istəyirsənsə al, almayacaqsan çıx get" deyib geri göndərmisən.
Mənim kimi birinə necə bu qədər hörmətsiz hərəkət etmisən? Sən məni nə hesab edirsən? Daha əvvəl sənə bizim kimi bəy qasidlərlə bir neçə dəfə pul göndərdim. Amma sən onları əliboş halda, həm də düşmən torpaqlarından geri göndərdin. Qasidə hörmətsizlik etdin.
Pulumun hamısını geri istəyirəm. Onu bil ki, bundan sonra səndən pis keyfiyyətli mis almayacağam.
Külçələri öz iş yerimdə tək-tək mən seçəcəyəm. Pis malı rədd etmək haqqımı istifadə edəcəyəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























