İslam İnkişaf Bankı Azərbaycandakı layihələrdə fəal iştirak edəcək
Sentyabrın 14-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Zamir İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1,2 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb və bu layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. sahələri əhatə edir.
Nazir Şahin Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, Bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını vurğulayıb.
İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Zamir İqbal İslam İnkişaf Bankının 500 milyon dollar nizamnamə kapitalı olan Elm, Texnologiyalar və İnnovasiyalar Fondu barədə məlumat verərək qeyd edib ki, Fond Banka üzv ölkələrdə elmin, texnologiyanın və innovasiyaların təşviqinə, startapların, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Zamir İqbal qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
32 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
41 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb























