Gürcüstan idxal etdiyi təbii qazın 99,65 faizini Azərbaycandan alacaq
Cari ildə Gürcüstan idxal etdiyi təbii qazın 99,65 faizini Azərbaycandan alacaq.
Bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.
“SOCAR Georgia Gas” MMC Gürcüstanda əhalinin təbii qazla təmin olunmasında fəal iştirak edir. 2017-ci ilin sonunda Gürcüstan hökuməti ölkənin müxtəlif bölgələrində yaşayan daha 5 min 500 abonentin 2018-ci il ərzində təbii qazla təmin olunması barədə qərar qəbul edib. Bununla əlaqədar Gürcüstanın 2018-ci il dövlət büdcəsində maliyyə vəsaiti nəzərdə tutulub. “SOCAR Georgia Gas” MMC-nin iştirakı ilə 2013-2017-ci illərdə Gürcüstan üzrə 229 min abonent fərdi qaz sayğacları ilə təmin olunub. 2018-ci ildə bu ölkəyə proqnoz qaz nəqli 2 milyard 689 milyon kubmetr olacaq ki, bunun da 99,65 faizini Gürcüstan Azərbaycandan alacaq. O cümlədən 1 milyard 866 milyon kubmetr qazı Gürcüstana SOCAR, 813 milyon kubmetr qazı isə “Şahdəniz” konsorsiumu verəcək”, - deyə hesabatda bildirilir.
Qeyd edək ki, “SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. 2008-ci ildə Gürcüstan Hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən “SOCAR Georgia Gas” MMC ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və ölkəyə 40 milyon dollar sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində “SOCAR Georgia Gas” ümumilikdə 250 min abonenti qazla təmin edib, 290 milyon dollara yaxın həcmdə sərmayə qoyuluşu həyata keçirib. Şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 3,6 faizdir. “SOCAR Georgia Gas” hazırda bütün Gürcüstan üzrə 590 mindən çox abonentə xidmət edir. 2017-ci ildə şirkətin kapital xərcləri təxminən 40,3 milyon dollara bərabər olub. Bundan başqa, şirkət göstərilən dövrdə Gürcüstan bazarına ümumilikdə 1,4 milyard kubmetr həcmində təbii qaz idxal edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi



















