Azərbaycan İlahiyyat İnstitutunda yeni təyinatlar olub
2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dekan və kafedra müdirləri ilə bağlı təyinatlar olub.
İnstitutdan verilən məlumata görə, fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru Tağıyev Kövsər Yusif oğlu İlahiyyat fakültəsinin dekan müavini, dosent Əzizova Elnurə Akif qızı Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Niyazov Əhməd Seyful oğlu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əlimuradov İlkin Ənvər oğlu isə Dillər kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu 31 mart 1978-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirən M.Mürsəlov bu təyinata qədər BDU-nun İlahiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb, ərəb, rus və türk dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev1985-ci ilin iyun ayının 1-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsini bitirib. K.Tağıyev yeni təyinata qədər İlahiyyat fakültəsinin müəllimi vəzifəsində çalışıb, ingilis, ərəb və türk dillərini bilir.
Dosent Elnurə Əzizova 1977-ci il 26 oktyabr tarixində Neftçala rayonunda anadan olub. 1999-cu ildə BDU-nun İlahiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə BDU Tarix fakültəsindən tarixçi ixtisası ilə məzun olan E.Əzizova bu təyinata qədər BDU İlahiyyat fakültəsində müəllim vəzifəsində çalışıb. Türk, ingilis, ərəb və rus dillərini bilir.
İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov 1973-cu ilin iyul ayının 23-də Saatlı rayonu Smadakənd kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsinin məzunu olan Ə.Niyazov yeni təyinata qədər Qaradəniz Texniki Universiteti İlahiyyat Fakültəsində İslam Hüququ ixtisası üzrə fənlərin tədrisi ilə məşğul olub, ərəb, fars və rus dillərini bilir.
Fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov 1979-cu il avqust ayının 23-də Quba rayonunun İspik kəndində anadan olub. İraq Universitetinin Ərəb dili və Quran elmləri fakültəsində ərəb filologiyası ixtisası üzrə məzun olan İ.Əlmuradov bu təyinata qədər BDU-da müəllim, AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsində isə aparıcı elmi işçi vəzifəsində çalışıb. Ərəb, rus və fars dillərini bilir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
-
36 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ




















