"Məqsədimiz pul qazanmaq yox, nitqi qüsurlu uşaqların müalicə olunmasıdır" -“LOGO CENTER”
(®) Düzgün nitq, sağlam düşüncə, sağlam bədən
“LOGO CENTER” Psixoloji və Nitq İnkişaf Mərkəzi 1ildən artıqdır ki, xidmət göstərir.
Mərkəzimizdə Psixoloji, Psixo-pedaqoji, Loqopedik, Müalicəvi idman, Müalicəvi masaj, Qrup terapiyaları, Kukla terapiyalar, Psixoloji yaşı təyin etmə testləri və digər bu kimi təlimlər həyata keçirilir.
Bizimlə sağlam gələcək!
“LOGO CENTER” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində yüksək nəticələr əldə etmişdir. Mərkəzin fəaliyyət göstərməsinin əsas məqsədi pul qazanmaq yox, Azərbaycanda nitqi qüsurlu uşaqların müalicə olunmasıdır.
Uğura gedən yol optimizm və güclü iradədən başlayır!
Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizmin bir neçə forması var. Xəstəliyin yüngül formasında uşaqda xəstəliyin simptomları az gözə çarpır, ağır formasında isə uşaq digər insanlarla heç bir əlaqəyə girmir. Autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqlar böyüdükdən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.
Mərkəzdə autizmdən əziyyət çəkən uşaqlar üçün onların ailələri ilə birlikdə mütəmadi və qrup şəklində oyunlar həyata keçirilir. Valideynlərin maarifləndirilməsi məsələləridə bura daxildir.
Əgər autizm sindromlu uşaqlara erkən yaşlarında düzgün diaqnoz qoyularaq bizim mərkəzimizdə müalicə olunarsa, onda həmin körpələrdə cəmiyyətdə öz yerlərini tapa bilərlər.
Hörmətli valideynlər uşaqlarımızın gələcəyini qoruyaq! O zaman xəstəliklər azalar cəmiyyətimiz sağlam olar.
Depressiyadan, obsessiv kompulsiv pozuntudan yəni nevrozdan əziyyət çəkən insanlar, eyni zamanda yeniyetməlik yaş böhranı problemlərini yaşayan insanlar mərkəzimizə müraciət edə bilərlər.
UŞAQLARIMIZIN SAĞLAMLIĞINI VƏ GƏLƏCƏYİNİ QORUYAQ!
Nitq qüsurlu və digər problemli uşaqların (autizm, daun və s.) cəmiyyətə adaptasiyası istiqamətində məqsədyönlü iş aparılır. Belə uşaqlar üçün xüsusi məşğələlər və məktəbə hazırlıq kursları təşkil edilir.
Mərkəzimizə bir çox problemli uşaqlar və böyük yaşlı pasientlər müraciət edə bilərlər. Onlara aiddir:
-Autizm
-Asperger
-Əqli gerilik
-Ümumi inkişaf ləngiməsi
-Serebral iflic
-Daun sindromu
-Diqqət əksikliyi
-Hiperaktivlik
-Davranış pozuntusu
-Tualet vərdişlərində olan problemlər (Enurez və Enkoprez)
-Özgüvən əksikliyi
-Fobiyalar
-Tiklər
-Pedaqoji anlayışlarda zəiflik
-Təfəkkür prosesində olan problemlər
-Analiz-sintez prosesində ləngimə (fikirlərini tam ifadə edə bilməmə, cümlə qura bilməmə)
-Kəkələmə
-Nitqin ümumi ləngiməsi
-Dislaliya
-Disqrafiya
-Disleksiya
-Taxilaliya
-Bradilaliya
-Rinolaliya
-Böyüklər üçün Psixoloq
-Skalioz
-Kifoz
-Osteoxondroz
-Müalicəvi masaj
Qrup terapiyaları həm inkişaf problemi olan, həm də normal inkişaflı uşaqlarla keçirilir. Bu zaman uşaq həm yaşıdları ilə ünsiyyətə girir, qrup şəkilində tapşırıqları yerinə yetirir eyni zamanda da yeni məlumatlar öyrənir. Qrup terapiyası zamanı sağ və sol beyinin inkişafı üçün xüsusi təlimlər həyata keçirilir. Qrup terapiyalarında iştirak edən uşaqlar həm sosial bacarıqları mənimseyir, ünsiyyət problemi aradan qalxır, kollektivçilik duyğuları formalaşır.
Kukla terapiyaları həm fərdi, həm də qrup şəkilində həyata keçirilir. Kukla terapiyaları vasitəsilə davranış problemləri, qorxular, fobiyalar, enkoprez, enurez, ailə münasibətlərindəki problemlər aradan qaldırılır.
Müalicəvi idman uşaqların həm fiziki inkişafına, həm də hiperaktiv uşaqlarda enerjinin paylanma prosesini təmin etmədə, serebral iflicli uşaqlarda reflekslərin formalaşmasında müsbət nəticələr əldə olunur.
Böyük yaşlı pasientlər ailə münasibətlərində olan problemlər, qorxular, fobiyalar, ünsiyyət problemləri və digər problemlər aradan qaldırılır.
Psixoloji və loqopedik seanslar paketlər şəklində həyata keçirilir. Psixoloji və psixo-pedaqoji seanslar 45 dəqiqə, loqopedik seanslar isə problemdən asılı olaraq 30 və ya 45 dəqiqəlik seanslar şəkilində həyata keçirilir. Qeyd edək ki, digər mərkəzlərlə müqayisədə qiymətlərimiz daha münasibdir.
Ünvan: Bakı şəh. Nizami ray. Əlif Hacıyev küç. 40A (Qara Qarayev metrosunun çıxışı)
Tel: (+994 51) 410 33 88 / (+994 012) 310 33 88
İnstagram: https://www.instagram.com/logocenter2017
Facebook: https://www.facebook.com/logocentre
Mail: [email protected]
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
-
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
53 d. əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
1 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
1 saat əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR




















